Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd mə

Süd məhsulları

  • Ana Səhifə
  • Vikipediya
  • Süd məhsulları

Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir. Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır. Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur. Hər bir süd məhsulunun saxlanma müddəti var; məsələn, südü 20 saat, xamanı 72, kəsmiyi 36 saat, kərə yağını 10 gün saxlamaq olar.[mənbə göstərilməlidir]

Süd məhsulları süddən əldə edilir.

Süd

Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactis və Leuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt.

Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.

  • Qaynanmış süd
  • Qatılaşdırılmış süd — təbii südün tərkibindəki su miqdarının azaldılaraq, şəkər əlavə etməklə qatılaşdırılan süd məhsulu.
  • Şəkərsiz qatılaşdırılmış süd
  • Bişmiş süd — uzun müddət aşağı istilikdə bişirilən süd yüngül karamelizasiyaya səbəb olur. Xüsusilə Şərqi Avropada məşhurdur.
  • Dulse de leçe
  • Malai
  • Quru süd — adətən yağsız südün tərkibindəki suyun miqdarı azaldılır.
  • Koa — Hindistan mətbəxinə məxsus şəkərsiz tamamilə qatılaşdırılmış süd.
  • Körpə formula — xüsusi əlavələrin edildiyi, körpələrin qidalanması üçün nəzərdə tutulan quru süd.
  • Yağlı süd
  • Süd zərdabı — süd məhsullarının hazırlanması zamanı artıq qalan su. Sonrakı emal və mal-qaranı yemləmək məqsədilə istifadə olunur.

Süd bir çox şirniyyat məhsullarının tərkibinə əlavə edilir. Südlü şokolad əldə etmək üçün şokolada süd də əlavə edilə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süd məhsulları haqqında məlumat. Süd məhsulları nədir? Süd məhsulları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mayevtika

  • Fevral 27, 2026

    E.ə. 1

  • Fevral 27, 2026

    Terror (vulkan)

  • Fevral 27, 2026

    Varaz Trdat

  • Fevral 27, 2026

    Tohoku regionu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst