Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Syanbilər (Çincə: 鮮卑, pinyin: Xiānbēi, Wade-Giles: Hsien-pi), Monqolustan və Mancuriya sərhədləri civarında yaşamış köçəri tayfa.

Syanbilər

  • Ana Səhifə
  • Vikipediya
  • Syanbilər

Syanbilər (Çincə: 鮮卑, pinyin: Xiānbēi, Wade-Giles: Hsien-pi), Monqolustan və Mancuriya sərhədləri civarında yaşamış köçəri tayfa.

Etnik quruluşu mövzusunda Monqol tezisi, Tunguz tezisi, Monqol və Türk boylardan yaranan bir konfederasiya olduğuna dair tezisi də var.

Vu-Huan (烏桓 wū huán) konfederasiyası Hunların cənub-şərqində Sien-Pi'ler Hiung nuların şimal-şərqində qurulmuçdur. Hun birliyindən qopan bu topluluqlar keçmiş ortaqlarına hücum çəkmişdir. Syanbilərin qalxış dövrü Hunların yıxılma dövrü təsadüf eləyir. 87-ci illə 93-cü illər arasında Hunların iki Şanyuyunu (hökmdarlarını) öldürülmüşdülər.

Syanbilərin ən adlı-sanlı hökmdarı II yüzilliyin ortalarından 181-ci ilə qədər taxtda qalmış Tan Şıhuay (檀石槐 tan shíhuái, 136 – 181) olmuşdur. Tan Şıhuay Şimal Hunları məğlub etməyi bacarmış və torpaqlarını İli çayına qədər genişlətmişdir. Bir çox dəfə (158-ci ildə Cənub Hunları ilə birlikdə) Çin səddini aşmışdır. Oğulları və qardaşı oğlanları onun yerini tuta bilməmiş və beləcə Sien Pi konfederasiyası 233-cü ildə dağılmışdır.

Syanbilərin bir bölümü Liaotung (遼東)dan Henana doğru hərəkət etmiş və orada Xan Tsun (Murong Jun (慕容皝 mùróng huàng, ? – 360) başçılığı altında 352-ci ildə güney Hunları məğlub etmişdir. Orada qurduqları Yan sülaləsi (Çian Yan və Hou Yan) çox ayaqda dura bilməmiş və 370 ilində eyni özləri kimi qısa ömürlü Çian Çin (前秦) sülaləsini quran tibetli Di tayfasından Fu Jian (苻健)a məğlub olmuşdur. Ancaq 16 il sonra 386-cı ildə bu bölgədə Tabğaclar (Tuoba) Tuoba Gui (拓跋珪) Şimal Vey sülaləsini qurmuşdur. Tabğaclar da Syanbilərin zamanında bir Syanbi boyu idi.

Mündəricat

Syanbilərin başlıca qolları

Cənub Syanbi: Duan (段), Murong (慕容), Yuwen (宇文)

Qərb Syanbi: Tuoba (拓跋) => Hanlaşma siyaseti => Yuan (元)

Şimal Syanbi: Muron Tuyuhun (慕容吐谷渾) 'Hunlar' çağında 'Syanbi' tayfalarının başçısı, "Tanşihuai, 10 ayda doğulmuşdur".

Syanbi Sülaləsi

Syanbi Sülaləsi
Dövləti Qurucusu Tarixi
Dai 代Tuoba Yilu 拓跋猗盧315 – 376
Çian Yan 前燕Murong Huang 慕容皝337 – 370
Hou Yan 後燕Murong Chui 慕容垂384 – 409
Qərbi Çin 西秦Çifu Guoren 乞伏國仁385 – 431
Cənubi Liang 南涼Tufa Wugu 禿髮烏孤397 – 414
Cənubi Yan 南燕Murong De 慕容徳400 – 410
Şimali Vey 北魏Tuoba Gui 拓跋珪386 – 534
Şərqi Vey 東魏Yuan Shanjian 元善見534 – 550
Qərbi Vey 西魏Yuan Baoju 元宝炬535 – 556
Kuzey Çi 北齊Yuwen Jue 宇文覚550 – 577
Kuzey Çov 北周Gao Yang 高洋557 – 581
Sui 隋Yan Çian 楊堅581 – 618

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Syanbilər haqqında məlumat. Syanbilər nədir? Syanbilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kamilla Trever

  • Fevral 27, 2026

    Səhra yarasası

  • Fevral 23, 2026

    Mühəndislik

  • Fevral 27, 2026

    Kassel

  • Fevral 27, 2026

    F

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst