Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qammalı xaç adı yunanca qamma (Γ) hərfinə və xaç şəklinə (+) əsaslanaraq verilmişdir. Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin b

Svastika

  • Ana Səhifə
  • Vikipediya
  • Svastika

Svastika (Sanskritcə: स्वस्तिक) ya da qammalı xaç — tarix əvvəli dövrlərdən qalma simvol.

Sağa baxan standart bir svastika

Etimologiya

Qammalı xaç adı yunanca qamma (Γ) hərfinə və xaç şəklinə (+) əsaslanaraq verilmişdir. Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin birləşməsindən meydana gəlmişdir. "Yaxşı olmaq, xoşbəxt və sağlam olmaq" mənalarına gəlir.

Svastika mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq. Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L" hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light" – işıq, günəş, "love" – sevgi, məhəbbət, "life" – həyat, "luck" – tale, uğur, xoşbəxtlik.

Tarixi

Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, qədim xalçaların üzərində də müşahidə olunur. II Dünya Müharibəsinə qədər svastika simvolundan dünyanın bir sıra ölkələrində istifadə olunurdu. Sonuncu rus imperatoru II Nikolayın avtomobilinin və 1917-ci ildə Rusiyada "Müvəqqəti hökumət"in rəhbəri Kerenskinin hakimiyyəti dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əsginaslarının üzərində də svastika simvolu həkk olunmuşdur.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. SSRİ tarixçiləri svastika ilə bağlı iddia edirdilər ki, guya bu simvol kiril əlifbasının 4 "Г" hərfindən təşkil olunub 4 nəfər qəddar faşizm ideoloqunun soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Herinq (Геринг).

Svastika qədim simvol olmaqla bərabər, sirri açılmamış bir simvoldur. Yəni- bu simvolun nə demək olduğu, nəyə işarə olduğu hələ də dəqiqliyi ilə açıqlanmamışdır. Bu simvolun hansı məna daşıması haqqında isə mütəxəssislər müxtəlif mülahizələr irəli sürürlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Svastika haqqında məlumat. Svastika nədir? Svastika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baş

  • Fevral 27, 2026

    Kiçik qarabatdaq

  • Fevral 27, 2026

    Kəhrəba

  • Fevral 27, 2026

    Orchidinae

  • Fevral 27, 2026

    Ağızçənəlilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst