Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adətən Svaroqu odla və səma ilə, eləcə də səma odu ilə əlaqələndirirlər. Qədim xalqlarının əksəriyyəti ndə belə bir inam hökm sürmüşdür ki, yerdəki od səma odun

Svaroq

  • Ana Səhifə
  • Vikipediya
  • Svaroq

Svaroq — slavyanların səma panteonunun tanrılarından biri.

Mündəricat

Mifologiyası

Adətən Svaroqu odla və səma ilə, eləcə də səma odu ilə əlaqələndirirlər. Qədim xalqlarının əksəriyyəti ndə belə bir inam hökm sürmüşdür ki, yerdəki od səma odundan yaranır. Təsdüfi deyil ki, şərqi slavyanların mifologiyasında yer odunun ruhu Svaroqun oğlu — Svarojiç adlandırılmışdır. Svaroq ikinci oğlu Dajboq slavyan mifologiyasında geniş şəkildə məlumdur. Onlar səma odunu və Günəşin istiliyini təcəssüm etdirərək bütün canlılara həyat verir.

Haqqında

Səma tanrısı (səma atası) Svaroq qədim köklərə malikdir.

Qədim hind sözü olan "svarqa" iki hissədən: "svar" — səma, işıq və "qa" hərəkət etmə -sözlə, ümumiyyətlə səmanı deyil, Günəşin səmada gündüz hərəkət yolunu ifadə edirdi. Sonralar Svaroq təxminən yunan tanrısı Urana müvafiq gəlirdi. O ən qədim mifik zamana aid edilirdi və Uran kimi dünya yarandıqdan sonra öz yerini allahların növbəti nəslinə verməli olurdu.

Qədim hind-Avropa tanrıları içərisində Svaroq ali səma allahı hesab olunurdu. Sonralar onun bütün funksiyaları Peruna keçmişdir.

"Svaroq" adı qədim hind sözü "svarqa" ilə əlaqədar olmuşdur. Svarqa səma deməkdir. Elə buradan da Tanrı adı meydana gəlmişdir. "sva" kökü rus dilində "svaxa", "svatya", "svat" kimi məlumdur. Qədim hind mifologiyasında tanrılara qurban gətirərkən sağlıq, dua ifadə verən nidanı əks etdirirdi. Rus toy mərasimində svaxanın rolu, onun ilahi ittifaqa xeyir-dua verməsi hamıya məlumdur.

Çexlerdə, ukraynalılarda, slovaklarda Svaroqa odlu ruh paroq analogiyası şərqi slavyanların sui-qəsdlərində "Straxa" (Raxa) analogiyası özünü göstərir.

Svaroqun adı yazılı abidələrdə çoxdan məlumdur. Məsələn, İpatyev salnaməsində haçansa Svaroq məmləkətində böyük varlıq, işığın atası mövcud olmuşdur. O insanlara dəmir döymək (nallamaq) sənətini öyrətmiş və nikah ittifaqlarının əsasını qoymuşdur. Başqa bir salnamədə Svaroqun — Günəş adlı oğlunun hökmranlığından sğhbət gedirdi. Svroq — Svarojiç səma ilə yer arasında vasitəçi olmuşdur. Rus nağıllarında svaroq obrazına tez-tez rast gəlmək mümkündür.

Əslində Svaroqun adı yazılı ədəbiyyatlarda da tez-tez çəkilir. Məsələn, İpatyevin salnaməsində deyilir: "Nə vaxtsa yerdə Svaroq hökmranlıq etmişdir. İşıq atası insanlara dəmir döyməyi, və evlənməyi öyrətmişdir".

Həmçinin bax

  • Volos
  • Perun
  • Svarojiçilər
  • Dajboq
  • Xors
  • Striboq
  • Svyatoy Vit
  • Rod
  • Yarilo
  • Lada və Lela

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Svaroq haqqında məlumat. Svaroq nədir? Svaroq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    9 noyabr

  • Fevral 23, 2026

    27 fevral

  • Fevral 23, 2026

    II minillik

  • Fevral 23, 2026

    Oksitan dili

  • Fevral 23, 2026

    Litva dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst