Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Susuzluq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il t

Susuzluq (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • Susuzluq (Kəlbəcər)

Susuzluq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Susuzluq kəndi Yanşaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susuzluq kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra 25 noyabr 2020-ci ildə boşaldıldı.

Susuzluq
40°14′13″ şm. e. 46°10′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.731 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Susuzluq xəritədə
Susuzluq
Susuzluq

Mündəricat

Toponimikası

Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XIX əsrdə Əliyli kəndindən (indiki Gədəbəy rayonunun Sarıköynək kəndi) gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Susuzluq dərəsinin və eyniadlı dağın adını daşıyır.

Tarixi

4 iyun 2021-ci ildə kənd yaxınlığında baş verən mina partlayışı nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur.

Coğrafiyası və iqlimi

Kənd Susuzluq dağının ətəyində yerləşir.

Yaylaqları

Ağbulaq yurdu, Qumlu yurd, Güneydərə yurdu, Yalyurd, Boyun yurd, Ağdağ yurdu, Soğanlı yurd, Qırxbulaq

Bulaqları

Çay bulaq, Cələli bulaq, Novlu bulaq, Alı bulağı, Qara su, Sarı bulaq, Sonanın bulağı, Göy bulaq, Ağ bulaq, Qumlu bulaq, Fətalı bulaq, Pənahın bulağı, Dilənin bulağı, Koralı bulağı, Şor bulaq, Xudaverdinin bulağı

Məşhur yerləri

Biçənəktala, Seyidalıbiçən, Şorbulaq, Nəsiryeri, İlyasyeri, Möyləcbiçən, İmanverdibiçən, Nazikdağ, Enlidağ, Sarıqaya, Vesinyalı, Qarasu, Sarının dalı, Ağdaşın boynu, Dərəyeri, Sarıyoxuş, Kəməndin yalı, Alıdərəsi, Suvax, Təksöyüd, Möyləc çökəyi, Yarıx, Ardışlı, Yaltəpə, Gəzdək qayası, Arı qayası, Pənahın kalafası, Abbasın kalafası, Gamış gölü, Orucyeri, Pərzad yatağı, Almanın düzü, Məhəmməd dərəsi, Keçəlyeri, Almalı, Anaxanım bulağı, Təkə qaçan qılınc uçuğun boynu, Qasım binəsi, Dağınbaşı, Əhmədin bulağı, Şamın güneyi, Qaraqayanın güneyi, Alçalı, Yayra, Bozlugüney, Həsəndüşən təpə, Dilikdiliyin təpəsi, Qəbirstanlığın güneyi, Mirzəalının kalafası, Balabiçənək tala, Saqqızlı, Mirsadiq yatağı, Cəlilli biçənəyi, Palıdlıq, Köhsərin palıdı, Məhərrəm kalafası, Comaqaya, Söyüdlüçəpər, Suludərə, Nəsirin xırmanı, Dəlikdaş, Talanın düzü, Qozludərə.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Susuzluq (Kəlbəcər) haqqında məlumat. Susuzluq (Kəlbəcər) nədir? Susuzluq (Kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Horus adı

  • Fevral 27, 2026

    Peronizm

  • Fevral 27, 2026

    IV David

  • Fevral 27, 2026

    24 (say)

  • Fevral 27, 2026

    Demetrius (Falerli)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst