Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Suriya mühafəzələri (ərəb. محافظات سوريا‎) — Suriya Ərəb Respublikasının birinci dərəcəli inzibati vahidi. Suriya unitar bir dövləttir, lakin inzibati səbəblərə

Suriya mühafəzələri

  • Ana Səhifə
  • Vikipediya
  • Suriya mühafəzələri

Suriya mühafəzələri (ərəb. محافظات سوريا‎) — Suriya Ərəb Respublikasının birinci dərəcəli inzibati vahidi. Suriya unitar bir dövləttir, lakin inzibati səbəblərə görə ölkə 14 mühafəzəyə (ərəb. محافظة‎) bölünür. Bu mühafəzələr 60 rayona (ərəb. منطقة‎; mıntıka), bu rayonlar isə ölkənin ən kiçik inzibati vahidi – 206 nahiyəyə (ərəb. ناحية‎) bölünmüşdür.

Suriyanın mühafəzələri və mühafəzə sərhədləri
 Əl-Həsəkə  Deyr əz-Zor  Ər-Rəqqə  Hələb  İdlib  Əl-Laziqiyyə  Tərtus  Həma  Hüms  Dəməşq (Şam)  Əs-Süveyda  Dəra  Əl-Qüneytirə

Hər bir mühafəzəyə Nazirlər Kabinetinin təsdiqi ilə prezident tərəfindən təyin edilən valilər rəhbərlik edir. Vali mühafəzədə idarəetmə, səhiyyə, sosial servislər, təhsil, turizm, ictimai işlər, nəqliyyat, daxili ticarət, kənd təsərrüfatı, sənaye, mülki müdafiə və son olaraq qanun və qaydanın qorunub saxlanılmasından məsuldur. Yerli İdarəetmə Naziri yerli inkişaf layihələrinə nəzarət etmək üçün valilər ilə yaxından işləyirlər. Mühafəzə valisi üzvlərinin 4-illik xidmət üçün əksəriyyət tərəfindən seçilən Əyalət Şurası ilə də yaxından fəaliyyət göstərir.

Rayonlar və nahiyələr vali tərəfindən təyin edilən məmurlar tərəfindən idarə edilir. Bu məmurlar xalq tərəfindən seçilmiş rayon şuraları ilə yerli məsələlər üzrə işləyir və mərkəzi hökümətlə kənd rəisləri, ağsaqqallar şuraları, dini rəhbərlər kimi ənənəvi yerli liderlər arasında vasitəçi qurum olaraq fəaliyyət göstərirlər.

Mündəricat

Siyahı

Mühafəzə adı Ərazi
(km²)
Əhali
(2010)
Əhali sıxlığı
(km²)
Rayonların sayı Şəkil Xəritədə yeri
Hələb mühafəzəsi 18,500 4,600,166 248.65 8
Ər-Rəqqə mühafəzəsi 19,616 919,000 46.84 3
Əs-Süveyda mühafəzəsi 5,550 364,000 65.58 3
Dəməşq mühafəzəsi 1,599 2,211,042 18,273.07 1
Dəra mühafəzəsi 3,730 998,000 267.65 3
Deyr əz-Zor mühafəzəsi 33,060 1,200,500 36.31 3
Həma mühafəzəsi 8,883 1,593,000 179.33 5
Əl-Həsəkə mühafəzəsi 23,334 1,272,702 55.54 4
Hüms mühafəzəsi 42,223 1,762,500 41.74 6
İdlib mühafəzəsi 6,097 1,464,000 240.11 5
Əl-Laziqiyyə mühafəzəsi 2,297 1,278,486 556.58 4
Əl-Qüneytirə mühafəzəsi 1,861 87,000 46.74 2
Dəməşq mühafəzəsi 18,032 2,831,738 157.03 9
Tərtus mühafəzəsi 1,892 785,000 414.90 5

Xəritə

Aşağıda verilən xəritədə Suriyanın mühafəzələri göstərilmişdir:

Əhali

Suriya Ərəb Respublikası Baş Nazir Ofisi
Mühafəzə 2004 s.a. 2009 r.t. 2011 r.t.
Hələb mühafəzəsi4,045,1664,507,0004,868,000
Dəməşq mühafəzəsi2,273,0742,570,0002,836,000
Dəməşq şəhəri1,552,1611,690,0001,754,000
Hüms mühafəzəsi1,529,4021,686,0001,803,000
Həma mühafəzəsi1,384,9531,524,0001,628,000
Əl-Həsəkə mühafəzəsi1,275,1181,409,0001,512,000
İdlib mühafəzəsi1,258,4271,393,0001,501,000
Deyr əz-Zor mühafəzəsi1,004,7471,128,0001,239,000
Əl-Laziqiyyə mühafəzəsi879,551959,0001,008,000
Dəra mühafəzəsi701,395943,0001,027,000
Ər-Rəqqə mühafəzəsi793,514876,000944,000
Tərtus mühafəzəsi843,478762,000797,000
Əs-Süveyda mühafəzəsi313,231352,000370,000
Əl-Qüneytirə mühafəzəsi66,62781,00090,000
Ümumi əhali17,920,84419,880,00021,377,000

Həmçinin bax

  • Suriya şəhərləri
  • Suriyanın dövlət quruluşu
  • Suriya əhalisi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, suriya mühafəzələri sözünün mənası, suriya mühafəzələri haqqında məlumat. suriya mühafəzələri nədir? suriya mühafəzələri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şüa (həndəsə)

  • Fevral 27, 2026

    Zeynəb Cavadlı

  • Fevral 27, 2026

    Gorilla

  • Mart 02, 2026

    Toqo Heyhaçiro

  • Fevral 27, 2026

    Monza

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst