Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sunda Krallığı (sunda. ᮊᮛᮏᮃᮔ᮪ ᮞᮥᮔ᮪ᮓ Karacaan Sunda) 669-dan 1579-cu ilə qədər Yava adasının qərb hissəsində yerləşən hinduist Sunda Krallığını indiki Banten, Ca

Sunda Krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Sunda Krallığı

Sunda Krallığı (sunda. ᮊᮛᮏᮃᮔ᮪ ᮞᮥᮔ᮪ᮓ Karacaan Sunda) 669-dan 1579-cu ilə qədər Yava adasının qərb hissəsində yerləşən hinduist Sunda Krallığını indiki Banten, Cakarta, Qərbi Yava ərazisi və Mərkəzi Yavanın qərb hissəsi əhatə edirdi. Sunda Krallığı paytaxtını öz tarixi ərzində bir neçə dəfə köçürmüşdü.Şərqdə Qaluhla (Kavali) qərbdə Pakuan Pacacaran arasında dəyişmişdi.

Tarixi dövlət
Sunda Krallığı
Karajaan Sunda
Sunda Krallığının ərazisi
Sunda Krallığının ərazisi
669 — 1579
Paytaxt Kavali,Pakuan Pacacara
Dil Sunda dili, sanskrit
Rəsmi dilləri Sunda,sanskrit,cirebon
Din Hinduizm,buddizm və Sunda Vivitan
İdarəetmə forması Mütləq monarxiya
Maharaca
 • 669-723 Tarusbava
 • 612-702 Vretikandayun
 • 702-709 Mandiminyak
 • 709-716 Sena/Bratasena
 • 716-723 Purbasora
 • 1482-1521 Kral Silivanqi
Davamiyyət
İndoneziya İndoneziya
 →

İlkin tarixi qeydlərdən Bucanqqa Manik əlyazmasına görə krallığın şərq sərhədi Pamalı çayı (Ci Pamali bugünkü Brebes çayıdır) və Mərkəzi Yavada Serayu (Ci Sarayu) idi. Sunda Krallığına aid mənbələrin əksəriyyəti 16-cı əsrdəki ilkin tarixi qeydlərdən gəlir. Onun sakinləri əsasən eponalı etnik Sundalılar idi, əksəriyyəti isə hinduizm dininə məxsus idi.

Etimologiya

Sunda skripti ilə yazılmış Sunda sözü

Sunda adı sanskrit önşəkilçisindən gəlir - "yaxşılıq" və ya "yaxşı keyfiyyətə malikdir" deməkdir. Məsələn nümunə qızıl təsvir etmək üçün suvarna (yanan: "yaxşı rəng" )dir. Sunda həmçinin Hindu tanrısı Vişnu üçün başqa bir addır. Sanskritdə Sundara (erkək) və ya Sundari (qadın) sözü "gözəl" və ya "mükəmməllik" deməkdir. Sunda sözü parlaq, yüngül, təmiz, təmiz və ağ deməkdir.

Sunda adı həmçinin Sunda və Upasunda hind mifologiyasında Brahmadan enerji almaq imkanı qazanan güclü Asura qardaşlarından biri kimi tanınır. Güclü Asura qardaşları dünyanı fəth etmək və tanrılara hədə-qorxu gəlmək üçün yola çıxdılar. Sonda onlar Tilottama (Hindu mifologiyasında təsvir edilmiş bir Apsara (göy pəri).) görə bir-birləri ilə vuruşdular. Sunda və Upasundanın hekayəsi Mahabharata I: Adi Parva kitabında yazılıb. Bununla yanaşı bu Sunda eposunun bu hind mifindən olub-olmadığı tam aydın deyil.

Göründüyü kimi 10-cu əsrdə "Sunda" adı əcnəbilər tərəfindən əsasən erkən hind araşdırmaçıları, Malay Srivicayan tacirləri, müstəmləkəçilər, həmçinin Yavanın qonşuları tərəfindən Yavanın Qərb hissələrini müəyyən etmək üçün toponim kimi istifadə edilmişdir. "854 Saka"ya (932-ci il) aid Juru Pangambat yazısı bunu təsdiqlədi. Daha sonra bu ad Kedridən olan Horren yazısında (11-ci əsr) qeyd edilən yavalılar tərəfindən qərb qonşusunu, həmçinin rəqib və düşmənlərini müəyyən etmək üçün istifadə edirdilər .

XII əsrin əvvəllərində Çin qaynaqları Banten və Sunda Kalapa limanlarına istinad edən Sin-t'o (Sunda) bibər limanının olduğunu bildirmişdir. XVI-XVI əsrdə Sri Baduqa Maharaca tərəfindən krallığın birləşməsindən sonra Sunda adı eponalı toponimadan bir krallığı və xalqını müəyyən edən bir ada keçdi. Beləliklə, sonradan sunda xalqının etnogenezinə doğum, ad və şəxsiyyət verildi.

Tarixşünaslıq

Sundalı xalqlar arasında səltənətin öyrənilməsi Sunda Pantun şifahi xalq ənənəsi Sunda Pacacaranın qızıl dövrü haqqında poetik ayələrin və Sundanın ən məşhur kralının Prabu Silivanqinin əfsanəsi ilə canlı saxlanılmışdır.

Curu Panqambat, Cayabupati, Kavali və Batutulis kimi yazılı abidələr səltənəti qeyd edir. Sunda Krallığına aid əksər mənbə və qeydlər sonrakı dövrlərdən 15-dən 16-cı əsrə qədər olan Bucanqqa Manik, Sanqhyanq Sıksakanda ng Karesian, Carita Parahyanqan və Kidunq Sunda kimi əlyazmalardan gəldi.

Sunda padşahlığının tarixi Vanqsakerta əlyazmalar kolleksiyasındakı bir kitab olan Pustaka Racyaracya i Bhumi Nusantarada da ətraflı şəkildə qeyd olunur. Halbuki "Vanqsakerta" əlyazmaları tarixən tarixçilər arasında etibarlı tarixi bir mənbə kimi təsdiq olunmayıb, çünki bu mübahisəli əlyazma psevdoxistiyanı (tarixli qeydləri təhrif etmək və ya yanlış təqdim etməyə çalışır, tez-tez qanuni tarixi tədqiqatlarda istifadə olunanlara bənzər metodlardan istifadə edir.) saxtalaşdırmaqdan şübhələnir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sunda Krallığı haqqında məlumat. Sunda Krallığı nədir? Sunda Krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaysın Quliyev

  • Fevral 27, 2026

    Atlı qoşun

  • Fevral 27, 2026

    Küveyt şəhəri

  • Fevral 27, 2026

    Kabar

  • Fevral 25, 2026

    Havanın rütubətliyi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst