Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultan Məmməd oğlu Şaylikov (1898, Alxaslı, Zəngəzur qəzası – 24 mart 1967, Bakı) — Azərbaycanın SSR-nin Sosial-iqtisadi həyatının fəal iştirakçısı, Ağdam, Laçı

Sultan Şaylikov

  • Ana Səhifə
  • Vikipediya
  • Sultan Şaylikov

Sultan Məmməd oğlu Şaylikov (1898, Alxaslı, Zəngəzur qəzası – 24 mart 1967, Bakı) — Azərbaycanın SSR-nin Sosial-iqtisadi həyatının fəal iştirakçısı, Ağdam, Laçın, Şamaxı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri.

Sultan Şalikov
Sultan Məmməd oğlu Şaylikov
Sultan Şaylikov
Sultan Şaylikov
Şəxsi məlumatlar
Doğum tarixi 1898(1898)
Doğum yeri
  • Alxaslı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 24 mart 1967(1967-03-24) (68–69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası ictimai-siyasi xadim
Fəaliyyəti Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri
Atası Məmməd Şaylikov
Uşağı 2

Həyatı

Şaylikov Sultan Məmməd oğlu 1898-ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının (indiki Laçın rayonu) Alxaslı kəndində anadan olmuşdur.

1905-ci ildə Minkənd kənd orta məktəbinə daxil olmuş və ilk təhsilini orada almışdır.

1914–1919-cu illərdə Bakı şəhər Molotov adına Mexaniki zavodda fəhlə işləmişdir.

1919–1920-ci illərdə isə Bakı şəhər Hərbi Məktəbində hərbi təhsil almışdır.

1920-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul olunmuşdur.

1920–1921-ci illərdə hərbi-siyasi işci kimi Şimali İranda hərbi xidmət göstərmişdir.

1920–1923-cü illərdə Bakı şəhər hərbi komissarı vəzifəsində işləmişdir.

1924-cü ildən 1935-ci ilədək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

1923–1924-cü illərdə Laçın Qəza İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. Orada işləyərkən Laçın rayonunun bərpası, kəndlərinin abadlaşdırılmasında yaxından iştirak etmiş və 18 kənddə orta məktəb tikdirərək , yerli əhalinin maariflənməsində böyük rol oynamışdır .

1924–1926-cı illərdə Ağdam Qəza İcraiyyə Komitəsinin sədr müavini işləmişdir . Həmin illərdə Hüsü Hacıyev İcraiyyə Komitəsinin sədri olmuşdur.

1926–1927-ci illərdə Şamaxı şəhər Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1927–1929-cu illərdə Bakı şəhəri Su Təchizatı İdarəsində şöbə rəisinin müavini vəzifəsində işləmişdir.

1929–1930-cu illərdə Quba şəhəri Dairə İcraiyyə Komitəsinin sədr müavini işləmişdir.

1930–1932-ci illərdə Laçın rayonu İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir.1932–1933-cü illərdə Mingəçevir şəhəri "28 Aprel" sovxozunun direktoru olmuşdur.1934–1935-ci illərdə Alma-Ata şəhərində İcraiyyə Komitəsinin sədr müavini , 1935–1938-ci illərdə elə həmin şəhərdə İctimai Təminat Komissarlığının sədr müavini işləmişdir. 1938–1946-cı illərdə bir çox azərbaycan ziyalıları kimi o da represiya qurbanı olaraq , siyasi dustaq kimi Sibirə sürgün edilmişdir. Məhbus cəzasını çəkərək, 8 ildən sonra vətənə qayıtmış və 1946–1949-cu illərdə Laçın şəhərində Pedeqoji Texnikomunda Rus dili müəllimi işləmişdir. Elə həmin illərdə də Bakıda Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda ali təhsilini davam etmişdir. Lakin 1949-cu ildə yenidən siyasi dustaq kimi Qazaxıstan Cambul vilayəti, Çuysk rayonun Novotroisk kəndinə ömürlük sürgün edilmiş və həmin kənddə 1955-ci ilə qədər orta məktəbdə rus dili müəllimi işləmişdir. 1955-ci ildə bəraət qazanaraq, vətənə qayıtmışdır. 1956-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri, həmin ilin iyun ayında 1967-ci ilin mart ayına qədər "Kür-Araz Su Tikinti" idarəsində rəis müavini vəzifəsində işləmişdir. Bütün həyatını xalqının maariflənməsinə, firavanlığına sərf etmişdir.

Azərbaycan, fars, rus və qazax dillərini mükəmməl bilirdi.

1967-ci ilin martın 24-də Bakı şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sultan Şaylikov haqqında məlumat. Sultan Şaylikov nədir? Sultan Şaylikov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aslanbəyli

  • Fevral 27, 2026

    Diqor ilçəsi

  • Fevral 27, 2026

    Polydor

  • Fevral 27, 2026

    Qələbə

  • Fevral 27, 2026

    Atrnerseh

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst