Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultan İsrafil oğlu Məmmədov (10 mart 1938, Astara rayonu – 15 sentyabr 2019, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, I çağırış Azərbaycan Respublikası Milli

Sultan Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Sultan Məmmədov

Sultan İsrafil oğlu Məmmədov (10 mart 1938, Astara rayonu – 15 sentyabr 2019, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin (1995–2000) və X, XI, XII çağırış Ali Sovetin (1981–1995) deputatı, Azərbaycan Respublikası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini (1992–1993), Azərbaycan Kommunist Partiyasının Astara (1987–1991) və Lerik (1980–1987) rayon komitələrinin birinci katibi, Astara Rayon Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973, 1977–1980).

Sultan Məmmədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
24 noyabr 1995 – 24 noyabr 2000
Seçki dairəsiI çağırış — 53 saylı Astara
Azərbaycan Ali Sovetinin deputatı
15 noyabr 1981 – 24 noyabr 1995
Seçki dairəsiX və XI çağırış — 322 nömrəli Nüvədi
XII çağırış — 158 nömrəli Astara
Azərbaycan Respublikası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini
26 noyabr 1992 – 3 may 1993
NazirSücəddin Abdullayev
ƏvvəlkiRafiq Babayev
Sonrakıvəzifə ləğv edildi
Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin birinci katibi
1987 – 14 sentyabr 1991
ƏvvəlkiÇingiz Fərəcov
Sonrakıvəzifə ləğv edildi
Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibi
1980 – 1987
ƏvvəlkiBabalı Ağayev
Astara Rayon Soveti İcraiyyə Komitəsinin sədri
1977 – 1980
1971 – 1973
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1938(1938-03-10)
Doğum yeri
  • Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 sentyabr 2019(2019-09-15) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1961–1991)
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (–1965),
  • Bakı Ali Partiya Məktəbi (–1978)
Fəaliyyəti siyasətçi
Təltifləri "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
"Qızıl qələm" mükafatı

Mündəricat

Həyatı

Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971–73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973–77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977–1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası mənzil-komunnal təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

X, XI çağırış Azərbaycan SSR Ali Sovetinin (ilk dəfə təkrar seçkilərlə 15 noyabr 1981-ci ildə deputat seçilərək), XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı (xalq deputatı, 1991–1995), Azərbaycan Respublikası Milli Şurasının üzvü, mənzil-komunnal daimi komisiyasının sədri olmuş, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan–İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir.

Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir. "Qızıl qələm" mükafatı laureatı olmuşdur.

15 sentyabr 2019-cu ildə vəfat edib.

Ailəli idi. 5 övladı, 9 nəvəsi var. Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovun qardaşıdır.

Kitabları

  • Masonluq: Dünyanı idarə edən qüvvə. Bakı: Qanun, 2007. 390 səh.
  • Masonluq: dünyanın hörümçək toru. Bakı: Qanun, 2010. 251 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sultan Məmmədov haqqında məlumat. Sultan Məmmədov nədir? Sultan Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    20 oktyabr

  • Fevral 27, 2026

    Vaksin

  • Fevral 27, 2026

    Dinlər

  • Fevral 27, 2026

    Hacıqabul

  • Fevral 27, 2026

    Amper çayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst