Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı.

Soğanlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Soğanlıq

Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı.

Soğanlıq
ფონიჭალა
41°37′54″ şm. e. 44°55′02″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Tarixi və coğrafiyası
İlk məlumat 1728
Mərkəzin hündürlüyü 370 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 4.452 nəf. (2014)
Xəritəni göstər/gizlə
Soğanlıq xəritədə
Soğanlıq
Soğanlıq
Soğanlıq Gürcüstanın xəritəsində

Soğanlıq Tbilisi şəhərinin yaxınlıında yerləşən, əsasən azərbaycanlıların yaşadıqları bir kəndin qədim adıdır. Kənddə 5698 nəfər yaşayır. Ondan 2836-ı qadın, 2862-i isə kişidir. Əhalisi müsəlmandır. Soğanlıq qədim tarixə malikdir. Kəndin adının türk əsilli olması güman edilir. Aleksandr Puşkinin "Ərzuruma səfər" kitabında o bu kəndin adını hallandırır. 1970-ci illərin sonunda Gürcüstan Respublikasinda aparılan addəyişmə islahatlarına görə Soğanlığın qədim adı dəyişilərək "Poniçala" (gürcü dilində çala fonunda yerləşən yer deməkdir) qoyulur.

Mündəricat

Tarixi

1725-1728-ci illərdə Osmanlı İmperiyası məmurları tərəfindən tərtib edilmiş "Dəftər-i müfəssəl-i əyalət-i Tiflis"-ə görə Tiflis əyalətinin Baratlı nahiyyəsində yerləşən Soğanlıq kəndində 23 ev vardır və burada 37 nəfər vergi ödəyən müsəlman yaşayırdı.

Əvvəllər Tbilisi şəhərindən bir neçə kilometr aralıda yerləşən kənd, sonralar sənayeləşmə prosesi ərəfəsində bir tərəfdən Tbilisi, digər tərəfdən Rustavidə baş verən urbanizasiya nəticəsində bir çox sənaye müəssisələri ilə əhatə olunmuşdur. Soğanlığın coğrafi koordinatları belədir: 41° 38' 18 şimal enliyi, 44° 55' 20 şərq uzunluğu. Soqanlıq ərazisində Tbilisi Zoveterenariya İnstitutu və Kənd təsərrüfatı üzrə elmi tədqiqat institutu yerləşir. Özündə kənd görkəmini saxlamasına baxmayaraq Soğanlıq əslində şəhər mədəniyyətinin təsirinə məruz qalmışdır. Əhalinin bir hissəsi SSRİ vaxtı kənd təsərrüfatında məşğul olsa da, böyük bir hissə Tbilisidə fəaliyyət göstərən sənaye müəssisələrində çalışırdılar. SSRİ-nin tənəzlündən sonra Gürcüstanda yaranan iqtisadi bohran kənd əhalisindən də yan keçməmişdir. Tbilisidə mövcud olan yüksək işçsizlik əhalinin digər ölkələrə üz tutmasına səbəb olmuşduir. Soğanlıq 2007-ci ildən Tbilisi şəhərinin İsani-Samqori icmasına daxil edilib.

Kənddə bir orta məktəb fəaliyyət göstərir. SSRİ vaxtı tikilib istifadəyə verilmiş müasir tipli məktəb 1000 nəfər şagirdin təhsil almasına imkan verirdi. Son zamanlarda əhali artımının aşağı düşməsi ilə məktəblilərin sayı da azalmışdır. Tədrisdə istifadə olunan vəsaitlər əsasən Azərbaycandan gətirilirdi. Vaxtilə bu məktəbi bitirmiş gənclərdən bir qismi Azərbaycan ali məktəblərində təhsil almışlar. Onların arasında müəllimlər, mühəndislər, alimlər və akademik olmuşdur. Burada akademik İsa Kərimovun, Prof.Vuqar Əliyevin, Prof. Kamil Qəhrəmanovun, Dos.Hacı İsayevin, Dos. İbayət Məmmədovun, Dos. Akif Nuriyevin, Hacıbağır Allahverdiyevin, Dr.Rezo Əliyevin, şair Dəryeyinurun adlarını çəkmək olar.

İqtisadiyyatı

Gürcüstan Sovetlər Birliyinin tərkibində olan zaman qəsəbədə fəaliyyət göstərən zavodlar insanlar üçün əsas iş yeri idi. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra qəsəbədə də bu imkanlar dağıldı. Əhali əsasən qoyunçuluqla, maldarlıqla və tərəvəzçiliklə məşğul olur. Kəndin yaxınlığında Gürcüstan dəmir yollarının eyniadlı dəmir yolu stansiyası yerləşir. Gürcüstanda yaşayan azərbaycanlılar arasında gürcü dilinə münasibətdə daha yaxşı mövqeyə malik olan kənd əhalisi siyasi cəhətdən də fəaldırlar. 2016-cı ilin Avqust ayından etibarən Gürcüstan hökuməti Aşağı Poniçalada davamlı şəkildə narkotik reydləri keçirir. 2018-ci ildə Gürcüstan Daxili İşlər Naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı Gürcüstanda narkotik ticarəti üçün əsas mərkəzlərdən birinin Poniçala olduğunu bildirib.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Soğanlıq haqqında məlumat. Soğanlıq nədir? Soğanlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Viola cucullata

  • Fevral 27, 2026

    Qədisiyyə mühafəzəsi

  • Mart 01, 2026

    Babilər hərəkatı

  • Fevral 28, 2026

    Yucin Odum

  • Mart 01, 2026

    Ramiz Abbaslı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst