Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Source 2 — Valve tərəfindən hazırlanmış video oyun mühərriki. Mühərrik 2015-ci ildə orijinal Source mühərrikinin sələfi elan edildi və onu istifadə edən ilk oyu

Source 2

  • Ana Səhifə
  • Vikipediya
  • Source 2

Source 2 — Valve tərəfindən hazırlanmış video oyun mühərriki. Mühərrik 2015-ci ildə orijinal Source mühərrikinin sələfi elan edildi və onu istifadə edən ilk oyun Dota 2 oldu. Artifact, Dota Underlords, Half-Life: Alyx və Counter-Strike 2 kimi digər Valve oyunları Source 2 istifadə olunaraq hazırlanmışdır.

Source 2
Loqonun şəkli
Tipi oyun mühərriki
Tərtibatçı Valve
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Microsoft Windows, macOS, Linux, İOS, Android

Mündəricat

Tarixi

Orijinal Source mühərrikinin davamı üçün planlar 2007-ci ildə Half-Life 2: Episode Two buraxıldıqdan sonra başladı. İlk demo 2010-cu ildə Left 4 Dead 2-dəki bir xəritənin yenidən hazırlanması ilə yaradılmışdır. Bunun şəkilləri 2014-cü ilin əvvəlində internetə sızdırıldı. 2014-cü ildə keçirilən Game Developers Conference-də Valve əməkdaşı Sergiy Miqdalskiy Left 4 Dead 2-də istifadə olunan Source 2 fizika sazlama (debugging) alətini nümayiş etdirdi. Source 2 ilk dəfə 2014-cü ildə Dota 2 üçün Steam Workshop alətləri vasitəsilə 2015-ci il Game Developers Conference-də rəsmi olaraq elan edilməmişdən əvvəl təqdim edildi. Valve bunun məzmunun daha səmərəli yaradılmasına imkan vermək üçün olduğunu bildirdi. Valve həmçinin Vulkan qrafika API-ni dəstəkləyəcəyini və üçüncü tərəf Havok alətlərinə olan ehtiyacı əvəz edəcək Rubikon adlı yeni daxili fizika mühərrikindən istifadə edəcəyini bildirdi.

Valve-nin prezidenti və qurucusu Qeyb Nyuell, tərtibatçılar üçün ən yüksək keyfiyyəti təmin etmək üçün mühərriki və proqram təminatı inkişaf dəstini ictimaiyyətə təqdim etməzdən əvvəl öz oyunlarının inkişafına üstünlük verdiklərini bildirdi. O, həmçinin əlavə etdi ki, oyun Steam-də yayımlandığı müddətcə mühərriki oyun tərtibatçıları üçün pulsuz etməyi planlaşdırırlar.

2015-ci ilin iyununda Valve, "Dota 2 Reborn" adlı yeniləmə ilə Dota 2-nin Source 2 mühərrikinə köçürüləcəyini elan etdi. Reborn ilk dəfə 2015-ci ilin sentyabrında orijinal oyunu rəsmi olaraq əvəz etməzdən əvvəl beta versiya olaraq ictimaiyyətə təqdim edildi və beləliklə, mühərrikdən istifadə edən ilk oyun oldu. Source 2, həmçinin Valve digər oyunları olan Artifact və Dota Underlords-da da istifadə edildi və mühərrik daha sonra Android və iOS-da dəstəklənməyə başladı. Mühərrik həmçinin SteamVR Home-da, The Lab oyunundakı Robot Repair demosunda və Half-Life: Alyx-də istifadə edilən virtual reallıqda oyunların yaradılmasını dəstəkləyir. Half-Life: Alyx məzmununu yaratmaq üçün xüsusi olaraq hazırlanmış Source 2 alətləri 2020-ci ilin may ayında buraxıldı.

Oyunlar

İli Oyun Tərtibatçı Qeyd
2015 Dota 2 Valve Source mühərrikindən köçürülüb. Oyun özü 2013-cü ildə buraxılıb.
2016 Robot Repair Demo versiya The Lab oyununa yerləşdirilib. Oyunun qalan hissəsi Unity mühərriki istifadə olunaraq yaradılıb.
2018 Artifact
2020 Dota Underlords 2019-cu ildə erkən giriş üçün buraxılıb.
Half-Life: Alyx VR eynəkləri üçün buraxılıb.
2022 Aperture Desk Job Steam Deck üçün yaradılmış texniki demo.
2023 Counter-Strike 2 Counter-Strike: Global Offensive (2012) oyununun Source 2-yə köçürülmüş versiyası.
M/D Sandbox Facepunch Studios S&box kimi stilləşdirilmişdir. Tərtibat 2020-ci ildə Unreal Engine-dən Source 2-yə keçirildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, source 2 sözünün mənası, source 2 haqqında məlumat. source 2 nədir? source 2 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Elektrik sahəsi

  • Fevral 28, 2026

    Rüfət Qaspıralı

  • Fevral 27, 2026

    Soriya

  • Mart 06, 2026

    Əli Kəmali

  • Mart 01, 2026

    Qroznı döyüşü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst