Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliyeva Sona Sakit qızı (4 avqust 1980, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Şəmkir rayon İcra Hakimiyyəti başçısının s

Sona Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sona Əliyeva

Əliyeva Sona Sakit qızı (4 avqust 1980, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Şəmkir rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, Heydər Əliyev Mərkəzinin (Şəmkir) keçmiş direktoru, "Əməkdar müəllim" (2012)

Sona Əliyeva
Azərbaycan Respublikasının Milli Məclisinin V çağırış deputatı
2015 – 10 mart 2020
Seçki dairəsi2015 — 99 saylı Şəmkir qəsəəbə
ƏvvəlkiMəlahət İbrahimqızı
SonrakıNurlan Həsənov
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini
2013 – 2015
İcra başçısıAlimpaşa Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1980(1980-08-04) (45 yaş)
Doğum yeri
  • Şamxor rayonu, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Sona Əliyeva 4 avqust 1980-ci ildə Şəmkir şəhərində doğulub. Şəmkir şəhərindəki M. Füzuli adına təbiət-humanitar təmayüllü tam orta məktəbin məzunudur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində bakalavr təhsili alıb. İxtisası bioloqdur. 2016–2019-cu illərdə Rusiya Cənub Universitetində Təhsil və idarəetmənin psixologiyası üzrə magistr təhsilinə yiyələnib. Sona Əliyeva 2000–2001-ci illərdə M. Füzuli adına təbiət-humanitar təmayüllü məktəbdə çalışıb. 2001–2013-cü illərdə isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərib. O, 2018-ci ildən sonrakı dövrdə bir müddət Odlar Yurdu Universitetində müəllim kimi çalışıb.

BƏT-in rəsmi beynəlxalq dərəcəli təlimçisidir. Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti

Sona Əliyeva 2013–2015-ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, Humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb. Şəmkir Rayon İcra Hakimiyyətində könüllülük və ictimai əsaslarla fəaliyyət göstərən birliklərin, Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinin, qaynar xəttin yaradıcısı olmuşdur. Həmçinin, Şəmkir və Şaulyay şəhərləri arasında imzalanmış sənədə əsasən, dostluq əlaqələrinin qurulmasında, səfərlərin təşkilində təşkilatçı və rəhbər olmuşdur.

Sona Əliyeva 2015-ci ildə keçirilən V çağırış Milli Məclisə seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilmişdir. S. Əliyeva "Məktəbəqədər qanun" layihəsinin həmmüəlliflərindən biridir. Qanunverici orqanda bir çox qanunlara əsaslı təkliflər hazırlamışdır. "Təhsildə internet resursların təbliği" layihəsinin qalibidir (2013). Orta məktəblərdə tədris olunan "Biologiya fənn kurikulumu"nun həmmüəlliflərindən biridir.. Milli Məclis fəaliyyəti dövründə "İPU" və digər əhəmiyyətli beynəlxalq təşkilatların üzvü olmuş, Azərbaycanı təmsilən beynəlxalq arenalarda spiker olaraq çıxış etmişdir. 2016-cı ildən "Təhsilli Gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədridir. 2016–2020-ci illərdə Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edib. Eyni zamanda, "eduroom.az", "testonline" və "Onenews" saytların təsisçisi və rəhbəridir.

Əsərləri

"İntellektual istedadın kəşfi" (2022), "Qur, et, sahib ol" (2023)-metodik vəsaitlərin həmmüəlliflərindəndir. "Qadın gülərsə" (2023) kitabının həmmüəllifidir.

Təltifləri

2011–2012-ci illərdə gerçəkləşən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 2013-cü ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif olunub. 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalına layiq görülüb.

Müsahibələr

  • "Rusiya Avropaya istənilən an nüvə zərbəsi endirə bilər - RƏY". sherg.az. İstifadə tarixi: 10 fevral 2026.
  • ""Sehrli qələm" İmtahan nəzarətçilərinin yeni problemi". musavat.com. İstifadə tarixi: 10 fevral 2026.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sona Əliyeva haqqında məlumat. Sona Əliyeva nədir? Sona Əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kazım Kazımzadə

  • Fevral 27, 2026

    Suğra Bağırzadə

  • Fevral 27, 2026

    Posidoni

  • Fevral 27, 2026

    Sayram

  • Fevral 27, 2026

    Teodor Hertsl

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst