Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Soltan Soltanlı (tam adı: Soltan Qalib oğlu Soltanlı; d. 1976, Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanı rəngkarı, qrafiki, karikaturaçısı, Azərba

Soltan Soltanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Soltan Soltanlı

Soltan Soltanlı (tam adı: Soltan Qalib oğlu Soltanlı; d. 1976, Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanı rəngkarı, qrafiki, karikaturaçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2006).

Soltan Soltanlı
Soltan Qalib oğlu Soltanlı
Doğum tarixi 1976 (49–50 yaş)
Doğum yeri Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Azərbaycan
Fəaliyyəti rəssam, qrafik və karikaturaçı
Təhsili ADPU (1993-1997, bakalavr; 1997-2000, magistr)
soltan-soltanli.com

Mündəricat

Həyatı

Soltan Soltanlı 1976-cı ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur və 1997-ci ildə oranı bitirir. 1997–2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. O, 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Soltan Soltanlı 1995-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. O, özündən öyrənməyə üstünlük verir. Rəssamın yaradıcılığı üçün fəlsəfilik başlıca özəllikdir. Soltan rəngkar, qrafik və karikaturaçıdır. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəssamın əsərləri beynəlxalq kataloqlarda yer alıb. Onun əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.

Əsərləri

  • "Əsir qadın". Kətan, yağlı boya
  • "Qoyunotaranlar". Kətan, yağlı boya
  • "Gələcəyin şəhəri". Kətan, yağlı boya
  • "Əsarət və məhəbbət". Kətan, yağlı boya
  • "Bülbül ilə natürmort". Kətan, yağlı boya
  • "Ağ buludun kölgəsində" karton, yağlı boya

Kataloqlar

  • 1999. "Soltan gülür"
  • 2000. "Soltanın cizgiləri"
  • 2002. "Karikaturalar"
  • 2018. "İrrealizm"

Fərdi sərgiləri

  • 2000. Azərbaycan Rəssamlar İttifaqı, V. Səmədova adına sərgi salonu;
  • 2001. M. F. Axundov adına Milli Kitabxana;
  • 2003. Azərbaycan Rəssamlar İttifaqı V. Səmədova adına sərgi salonu;
  • 2004. İçərişəhər, Muğam Teatrı;
  • 2004. İranın Təbriz və Ərdəbil şəhərlərində fərdi sərgilər;
  • 2017. Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci Ümumavropa Konqresi çərçivəsində fərdi sərgi. Qax şəhərində fərdi sərgi.
  • 2018. İrrealizm. Yunus Emre İnstitutu
  • 2019. "Yüksək ideyalar yolunda" "İrşad" oteli. 14–17 fevral.
  • 2019. "Gizli qalmış gözəllik". YAY qalereyası. 15.02.-01.04.2019.
  • 2019. "İrreal dünya". 27qm — Tarana's Small Gallery and Cafe

Mükafatları

  • 2018. Türkiyə. 9-cu Beynəlxalq Turizm Karikaturaları Yarışması.(III yer)
  • 2018. Cairo. 5 th International Cartoon Gathering (Certificate of participation)
  • 2018. Macedonia. The 4th International Competition for Caricature "Bride's veneration" (Certificates for successful work)
  • 2017. Korea. The 6th Sejong International Cartoon Contest (Honourable mention)
  • 2017. Koreya. 6-cı Sejonq Beynəlxalq Karikatura Müsabiqəsi (Fəxri fərman)
  • 2017. İndoneziya. Jitet və Dostları Sərgisi (İştirakçı şəhadətnaməsi)
  • 2017. İspaniya. 6-cı Qrafik Yumor Müsabiqəsi (II yer)
  • 2017. Türkiyə. 9-cu Beynəlxalq Eskişehir Karikatura Festivalı (İştirakçı şəhadətnaməsi)
  • 2016. Türkiyə. Beynəlxalq Universal Karikatura Ustaları (Fəxri fərman)
  • 2016. İndoneziya. 2-ci Secac Beynəlxalq Karikatura Sərgisi (İştirakçı şəhadətnaməsi)
  • 2015. Koreya. 4-cü Sejong Beynəlxalq Karikatura Müsabiqəsi (Fəxri fərman)
  • 2005. Çin. 3-cü Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi (Xüsusi mükafat)
  • 2004. Çin. 2-ci Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi (Fərqlənmə mükafatı)
  • 2003. Koreya. 12-ci Daejon Beynəlxalq Karikatura Müsabiqəsi (Xüsusi mükafat)
  • 2002. Çin. 1-ci Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi (Xüsusi mükafat)
  • 2001. Misir. EFPAC 1-ci Beynəlxalq Karikatura Müsabiqəsi (III yer)
  • 2001. Türkiyə. 1-ci Beynəlxalq Ədalətli Oyunlar Karikatura Müsabiqəsi (I yer)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, soltan soltanlı sözünün mənası, soltan soltanlı haqqında məlumat. soltan soltanlı nədir? soltan soltanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hörmüzd

  • Fevral 27, 2026

    Savcı bəy

  • Fevral 27, 2026

    Tofiq Tağızadə

  • Mart 06, 2026

    GoldSrc

  • Mart 06, 2026

    Gözəl oğlan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst