Sofulu — Azərbaycan Respublikasının Qazax rayonunun Barxudarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.
| Sofulu | |
|---|---|
| 41°00′03″ şm. e. 45°12′51″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qazax rayonu |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 22 km² |
| Mərkəzin hündürlüyü | 579 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | 182 nəfər (2009) |
| Rəsmi dili | Azərbaycan dili |
![]() Sofulu | |
Tarixi
29–30 iyun 1990-cı il tarixlərində Sofulu kəndi Ermənistan SSR ərazisindən erməni silahlıları tərəfindən atəşə tutulmuşdur. Kənddə yerləşdirilmiş sovet qoşunları buna reaksiya verməmişdir.
Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Toponimikası
Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir.
Tanınmış şəxsləri
- Vilayət Hacıyev (d. 1950) — Azərbaycan filoloqu, tərcüməçi, dosent, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sofulu (Qazax) haqqında məlumat. Sofulu (Qazax) nədir? Sofulu (Qazax) nə deməkdir?
