Sofena (yun. Σοφηνή) və ya Sopk (erm. Ծոփք, ur. Tsupa), erkən Bizans dövründə Dördüncü Ermənistan — Kiçik Asiyanın şərqində, tarixi Ermənistanda vilayət. Bu vilayət Fərat və Dəclə çaylarının yuxarı axarında, Ermənistan yaylasının cənub-qərb hissəsində yerləşirdi.

Tarixi
E.ə. 94-cü ildə Sofenanı II Tiqran Böyük Ermənistana birləşdirmişdir. Vilayətin sahəsi 18890 km2 idi. Arşakuni hakimiyyəti dövründə Sofena kral domeninin bir hissəsi idi, burada yerləşən Bnabel qalasında padşahların xəzinələri saxlanılırdı. Roma imperiyası ilə Sasanilər dövləti arasında 387-ci ildə imzalanan müqaviləsiyə əsasən Ermənistanın bölünməsindən sonra Sofena Roma imperiyasında qalmışdır. Bu vilayət sonradan Bizans imperiyasının tərkibinə keçmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sofena haqqında məlumat. Sofena nədir? Sofena nə deməkdir?