Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktinidiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü.

Sivriyarpaq aktinidiya

  • Ana Səhifə
  • Vikipediya
  • Sivriyarpaq aktinidiya

Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktinidiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü.

Sivriyarpaq aktinidiya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Dəstə:
Erikaçiçəklilər
Fəsilə:
Aktinidiyakimilər
Cins:
Aktinidiya
Növ:
Sivriyarpaq aktinidiya
Beynəlxalq elmi adı
  • Actinidia arguta Miq., 1867
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506774
NCBI  64478
EOL  392750

Mündəricat

Arealı

Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır.

Botaniki xarakteristikası

25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir. Meyvələrin uzunluğu 1,5–3 sm, eni 1,2–2,7 sm, müxtəlif formalı-uzunsov, şarşəkilli, yumrudur, yetişmiş meyvələri tünd-yaşıl, şirin, dadlıdır. Meyvələrin yetişməsi-sentyabrın axırlarından oktyabrın ortalarınadəkdir. Toxumla və vegetativ üsulla çoxalır. Vegetativ çoxaldılmada qələmlərin kökatma müddəti 20–25 gündür.

Ekologiyası

Əlverişli şəraitdə 100 ilə qədər yaşayır. Qışadavamlılığı yüksəkdir. Torpağın nəmişliyinə çox tələbkardır. Kölgəyə, tüstüyə və qazadavamlılığı ortadadır. Günəş yanıqları ilə zədələnir.

Azərbaycanda yayılması

Azərbaycanın yarımrütubətli Şəki-Zaqatala və Lənkəran-Astara bölgələrində mədəni şəraitdə becərilir.

İstifadəsi

Sentyabr-oktyabr aylarında yetişmiş yaşıl-sarı meyvələri bitkiyə dekorativlik verir. Şaquli yaşıllaşdırmanın bütün növləri üçün (çəpər, çardaq və s.) perspektivlidir.

Sinonimləri

Homotipik sinonimləri

  • Actinidia callosa var. arguta (Siebold & Zucc.) Makino
  • Actinidia rufa var. arguta (Siebold & Zucc.) Dunn
  • Trochostigma argutum Siebold & Zucc.

Yarımnövləri

  • Actinidia arguta var. arguta
  • Actinidia arguta var. giraldii (Diels) Vorosch.
  • Actinidia arguta var. hypoleuca (Nakai) Kitam.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sivriyarpaq aktinidiya sözünün mənası, sivriyarpaq aktinidiya haqqında məlumat. sivriyarpaq aktinidiya nədir? sivriyarpaq aktinidiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Torpaq aerasiyası

  • Fevral 27, 2026

    Dost atəşi

  • Fevral 27, 2026

    Run əlifbası

  • Mart 01, 2026

    Pirsaat (Hacıqabul)

  • Fevral 27, 2026

    Vestqot krallığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst