Simone Petersano (it. Simone Peterzano, təq. 1540, Berqamo – təq. 1599, Milan)— italyan rəssam, Manyerizm dövrünün nümayəndəsi. O, Mikelancelo Merisi de Karavacconun ilk müəllimi olaraq tanınır.
| Simone Petersano | |
|---|---|
| |
| Doğum tarixi | təq. 1540 |
| Doğum yeri |
|
| Vəfat tarixi | təq. 1599 (58–59 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | rəssam |
| Tələbəsi | Karavacco |
Haqqında
Simone Petersano haqqında məlumat olduqca azdır. O, Venesiyada Tisian Veçellionun şagirdi olmuşdur. 1578-1582-ci illərdə Petersano, ona şöhrət qazandıran işlərindən biri sayılan Qareqnano kilsəsinin freskalarını işləmişdir. Petersano 1583-1592-ci illər ərzində aktiv fəaliyyət göstərmişdir. Onun emalatxanası Milan şəhərində yerləşirdi.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Simone Petersano haqqında məlumat. Simone Petersano nədir? Simone Petersano nə deməkdir?

