Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Silvan (kürd. Farqîn; osman. ميا فارقين, Meyafarikîn) — Türkiyənin Diyarbəkir vilayətində şəhər və rayon. Rayon əhalisi 87,639 nəfərdir. Silvan qalası, Malabadi

Silvan (Diyarbəkir)

  • Ana Səhifə
  • Vikipediya
  • Silvan (Diyarbəkir)

Silvan (kürd. Farqîn; osman. ميا فارقين, Meyafarikîn) — Türkiyənin Diyarbəkir vilayətində şəhər və rayon. Rayon əhalisi 87,639 nəfərdir. Silvan qalası, Malabadi körpüsü, Hassuni mağara şəhəri, Səlahəddin Əyyubi məscidi, Zəmbilfroş qalası, Əyyubi Kot minarəsi, Bəhlül bəy məscidi, qədim Xaldey kilsəsi (Bələdiyyə məscidi) və Bosat qalası, həmçinin muzey və tarixi malikanələr bu rayonda yerləşir.

Silvan
Silvan
38°08′13″ şm. e. 41°00′29″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 86.672 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 21640
Nəqliyyat kodu 21
Digər
silvan.bel.tr
Xəritəni göstər/gizlə
Silvan xəritədə
Silvan
Silvan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qədim dövr

Silvan bir neçə alim tərəfindən Ermənistan krallığının kral Tiqran (e.ə. 95–55-ci illərdə hökmranlıq etmişdir) tərəfindən tikilmiş və onun şərəfinə adlandırılmış paytaxtı olan Tiqranakert şəhərinin iki mümkün yerindən biri (digəri Arzen) kimi müəyyən edilmişdir.

E.ə. 69-cu ildə Roma Respublikasının ordusu Tiqranakert döyüşündə Tiqranın qoşunlarını məğlub etmişdir. Şəhər sonrakı onilliklərdə ticarət və ellinizm mədəniyyətinin inkişaf edən mərkəzi kimi əhəmiyyətini itirmişdir. B.e. 387-ci ildə Aştyank sülhü ilə Tiqranakert Bizans imperiyasının bir hissəsi olmuşdur.

Orta əsrlər

Təxminən b.e. 400-cü ilində şəhərin yepiskopu Marufa Sasani dövlətindən çoxlu sayda qalıqları qaytarmışdır. Bunlar Sasanilər dövründə təqib edilən xristian əzabkeşlərinin yadigarları idi. Bu səbəbdən onun adı dəyişdirilərək Martiropol (yun. Μαρτυρούπολις), yəni "şəhidlər şəhəri" adlandırılmışdır. I Yustinian islahatlarından sonra (527–565-ci illərdə hökmranlıq etmişdir) şəhər Dördüncü Ermənistan vilayətinin paytaxtı təyin edilmişdir. Şəhər İberiya müharibəsinin son mərhələsində Sasanilər tərəfindən nəticəsiz şəkildə mühasirəyə alınmışdır.

Şəhər 588-ci ildə Martiropol döyüşündə çox əziyyət çəkmiş, lakin tezliklə yenidən çiçəklənmişdir.

VII əsrdə ərəblər bu regionu ələ keçirdikdən sonra şəhər Məyafariqin adı ilə tanınmışdır. 935-ci ildə Həmdanilərin, daha sonra 978-ci ildə Buveyhilərin, daha sonra kürd Mərvanilərin tabeliyinə keçərək XI əsrin sonuna qədər sülalənin paytaxtı olmuşdur. Şəhər və bütün Diyarbəkir vilayəti 1085-ci ildə Səlcuqlu hakimi I Məlikşah tərəfindən alınmışdır. Sonrakı illərdə şəhər səlcuqi tayfaları ilə yerli hökmdarlar arasındakı rəqabətə görə bir neçə dəfə əl dəyişdirmişdir. 1118-ci ildə Artuqlular şəhəri ələ keçirmişdir. Uzun illər Zəngilərin hücumlarına müqavimət göstərmişdilər. Sülalə şəhərə nəzarəti qorumuşdur, lakin iqamətgahın Mardində yerləşməsinə üstünlük vermişdir.

1260-cı ilin əvvəllərində şəhər mühasirəyə alınaraq ələ keçirilmişdir. Şəhərin əhalisi Hülaku xanın başçılıq etdiyi monqol ordusu tərəfindən qırğına verilmişdir. Artuqlular nəhayət 1408-ci ildə Qaraqoyunluların hücumları altında süquta uğramışdılar.

Müasir dövr

2019-cu ilin mart ayında keçirilən yerli seçkilərdə HDP təmsilçisi Naşidə Topraq Silvan bələdiyyə başçısı seçilmişdir. 2020-ci ilin martında vəzifəsindən azad edilmiş, onun yerinə isə Mehmed Uslu müvəkkil təyin olunmuşdur.

Silvan 2015-ci ilin avqustunda genişmiqyaslı "Şəhid Yalçın" əməliyyatı zamanı Türkiyə hökumət qüvvələri ilə Kürdüstan Fəhlə Partiyası (PKK) separatçıları arasında ciddi toqquşmaların yeri olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, silvan (diyarbəkir) sözünün mənası, silvan (diyarbəkir) haqqında məlumat. silvan (diyarbəkir) nədir? silvan (diyarbəkir) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Portuqal–Səfəvi müharibəsi

  • Mart 06, 2026

    Nayvəlilər

  • Mart 01, 2026

    1864-cü il

  • Fevral 27, 2026

    Səlcuqlu Dövləti

  • Fevral 24, 2026

    Osetinlər

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst