Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Benzoldan alınması: C 6 H 6 + 3 H 2 ⟶ C 6 H 12 {\displaystyle C_{6}H_{6}+3H_{2}\longrightarrow C_{6}H_{12}}

Sikloheksan

  • Ana Səhifə
  • Vikipediya
  • Sikloheksan

Tsikloheksan — tsikloalkanlar sinfindən üzvi birləşmədir.. Kimyəvi formulu — C6H12.

Sikloheksan
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C6H12
Fiziki xassələri
Molyar kütlə 84,16 q/mol
Sıxlıq 0,779 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi +6,5 °C
Qaynama nöqtəsi +80,74 °C
Partlama həddi 1,3 ± 0,1 % (V/V)
Buxarın təzyiqi 78 ± 1 mm Hg
Təsnifatı
CAS-da qeyd. nöm. 110-82-7
PubChem 8078
EINECS-də qeyd. nöm. 203-806-2
SMILES
 
  • C1CCCCC1
InChI
 
  • InChI=1S/C6H12/c1-2-4-6-5-3-1/h1-6H2
    XDTMQSROBMDMFD-UHFFFAOYSA-N
RTECS GU6300000
ChEBI 29005
ChemSpider 7787
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Alınması

Benzoldan alınması: C 6 H 6 + 3 H 2 ⟶ C 6 H 12 {\displaystyle C_{6}H_{6}+3H_{2}\longrightarrow C_{6}H_{12}} {\displaystyle C_{6}H_{6}+3H_{2}\longrightarrow C_{6}H_{12}}

Tsikloheksan və onun homoloqlarından bir çoxu müxtəlif neftlərin tərkibində, xüsusən Bakı neftlərində rast gəlinir. Son zamanlar tsikloheksanı neftin benzin fraksiyasından ayırmağı öyrənmişlər.Bakı neftlərindən alınan benzinlərdə 8%-ə qədər tsikloheksan olur. Onu ayırmaq üçün benzini dəqiq distillə kalonlarında distillə edib, 80-81oC qaynayan hissəsini toplayırlar.Əlbəttə, 80-81oC-də qaynayan benzin fraksiyasından ayrılaqn bu hissə xalis tsikloheksan deyildir. Ondan ancaq texniki məqsədlər üçün istifadə etmək olar. Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır.

Tətbiqi

Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır. Tsikloheksanı 300oS temperaturda platin katalizatoru üzərindən buraxmaqla onu dehidrogenləşdirərək tamamilə benzola çevirmək olur (H.D.Zelinski).

Üzvi molekulların konformasiyası

Sikloheksanın konformasiyası: 1-kreslo, 2-yarıkreslo, 3,5- tvist, 4-vanna

O.Xassel (1941-ci ildə) infraqırmızı spektr, kombinasion səpələnmə spektri və elektron difraksiyası vasitəsilə, otaq temperaturunda tsikloheksan molekullarının yalnız kreslo formasında olduğunu sübut etmişdir. Vanna forması az sabit olub, ancaq xüsusi şəraitdə az miqdarda əmələ gəlir və onda təxminən 5 kkal/mol enerji olur.

Törəmələri

Tsikloheksen 83oC-də qaynayan mayedir, xüsusi çəkisi 0,811-dir. Tsikloheksen almaq üçün ən sadə üsul tsikloheksanoldan su qoparmaq və ya bromtsikloheksandan HBr ayırmaq üsuludur. Kimyəvi xassələrinə görə tsikloheksen doymamış karbohidrogenlərə bənzəyir.

Tsikloheksadienvə ya dihidrobenzolun iki izomeri: tsikloheksadien-1,3 və tsikloheksadien -1,4 məlumdur. Tsikloheksen, tsikloheksadien və onların homoloqlarına hidroaromatik karbohidrogenlər, törəmələrinə isə hidroaromatik birləşmələr də deyilir.

Tsikloheksanol - fenolu nikel katalizatorunun iştirakı ilə hidrogenləşdirdikdə tsikloheksanol alınır. Tsikloheksanol 25,4oS-də əriyən və 161oS-də qaynayan bərk maddədir.

Tsikloheksanon, tsiklik keton olub, ketonlara xas olan reaksiyaları verir, 156oS-də qaynayan mayedir.

Əməyin mühafizəsi

Sikloheksan toksikidir. Insanlar onun havada yüksək miqdarını qoxu ilə aşkar edə bilməzlər . Havada buraxılabilən qatılığı 80 mq/m3-dir . Qoxunun hiss etmə həddi isə 900 mq/m3 –dir. Ondan qorunmaq üçün adi filtirli maskalardan istifadə etmək olmaz. Sikloheksandan qorunmaq üçün əhəmiyyətli dərəcədə daha təsirli texnologiya dəyişikliklərindən və kollektiv qoruma vasitələrindən istifadə edilməlidir.

Qeydlər

  • http://www.cdc.gov/niosh/npg/npgd0163.html
  • МКХБ Международная организация труда. МКХБ № 0242. Циклогексан. www.ilo.org/dyn/icsc/ (2018). Дата обращения 12 ноября 2019.
  • (Роспотребнадзор). № 2332. Циклогексан // ГН 2.2.5.3532-18 «Предельно допустимые концентрации (ПДК) вредных веществ в воздухе рабочей зоны» (рус.) / утверждены А.Ю. Поповой. — Москва, 2018. — С. 158. — 170 с. — (Санитарные правила).
  • Nowell Jones. Olfactory Absolute Thresholds and Their Implications for the Nature of the Receptor Process (англ.) // The Journal of Psychology. — Taylor & Francis, 1955. — Vol. 40. — Iss. 2. — P. 223-227. — ISSN 0022-3980. — doi:10.1080/00223980.1955.9712980
  1. http://www.cdc.gov/niosh/npg/npgd0163.html.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sikloheksan sözünün mənası, sikloheksan haqqında məlumat. sikloheksan nədir? sikloheksan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Xocahəsən

  • Fevral 27, 2026

    Corciya Universiteti

  • Fevral 27, 2026

    Petra

  • Mart 02, 2026

    Pikasso

  • Fevral 27, 2026

    Klinika

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst