Seyidqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun Seyidqışlaq kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Seyidqışlaq kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Seyidqışlaq | |
|---|---|
| 40°55′09″ şm. e. 47°55′38″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 627 m |
| Saat qurşağı |
|
![]() Seyidqışlaq | |
Toponimikası
Kəndin ərazisi Vəndam kəndinə məxsus qışlaq olmuşdur. Sonralar həmin kənddən çıxan ailələr Seyidqışlaq adlanan bu qışlaqda məskunlaşmışlar. Oykonim "Seyidin qışlağı" mənasmdadır.
Seyidqışlaq şəxs adlarını bildirən toponimlərdən hesab edilir və ilk dəfə yaşayış yerini binə edən insanın adını daşıyır. Vəndamda Seyidə məxsus qışlaq yerində yaranmış kənddir.
Coğrafiyası və iqlimi
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 522 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və bağçılıq təşkil edir.
Təhsil
Kənddə ümumi orta məktəb mövcuddur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, seyidqışlaq sözünün mənası, seyidqışlaq haqqında məlumat. seyidqışlaq nədir? seyidqışlaq nə deməkdir?
