Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan so

Seyhun

  • Ana Səhifə
  • Vikipediya
  • Seyhun

Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan sonra).

Sırdərya
Xəritə
Ölkə
  •  Qazaxıstan
  •  Özbəkistan
  •  Tacikistan
  •  Qırğızıstan
Mənsəbi Kiçik Aral
Uzunluğu
  • 2.212 km
Su sərfi 703 m³/san
Hövzəsinin sahəsi 219.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsvir

Sırdərya çayı Fərqanə vadisinin şərq hissəsində Narın çayının və Qaradərya çayının qovuşmasıyla yaranır. Sırdərya çayının mənbəyi dağlıq hissədə formalaşır. Əsasən qar suları ilə, qismən də yağış, yeraltı sular ilə qidalanır.

Çay Fərqanə vadisindən və Fərhad dağlarından (dib eroziya) keçdikdən sonra enli (düzənliklərdə yan eroziya üstün olduğu üçün) axır. Ac çöl sahəsində 14.7 km eninə genişlənir.

Sırdərya çayı aşağı axarlarda — Qızılqum səhrasında şərq və şimal kənarları üzrə axır; çay yatağı burada əyri-üyrü və daimi olmayandır, qış və yaz aylarında tez-tez daşqınlar olur. Türküstan şəhərindən keçən hissəsində çayın aşağılarında Josalı rayon mərkəzinə qədər geniş subasar sahə (10–50 km eniylə, uzunluq təxminən 400 kilometr) var, Bu çay kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Belə ki, Sırdərya çayından çəkilmiş kanallar, süni suvarma şəraitində olan yerlərdə, kənd təsərrüfatını inkişaf etdirməyə kömək edir. Bu yerlərdə xüsusilə çəltikçilik, bostançılıq, tərəvəzçilik, bağçılıq inkişaf edib. Bəzi yerlərdə çay dərəsi boyunca uzanan tuqay meşələrinə rast gəlinir.

Sırdərya əvvəllər Aral dənizinə tökülürdü. Hal-hazırda, dənizin səviyyəsinin faciəli azalmasına və dənizin iki hissəyə (1989-cu ildə) parçalanmasına görə, çay dənizin ("Kiçik dəniz" hissəsinə) şimal hissəsinə düşür.

Tarix

Yunan tarixçilərinin əlyazmalarında çayın orta axını "Tanais" adını daşıyırdı. Bu ad skiflərin ərazisindən axan Don-Tanaisa çayından götürülmüşdür. Orta Asiya və Avropada iki Tanaisanın mövcudluğu e.ə II əsirdə qeyd edilmişdi. Yunan yazıçısı Arriananın sözlərinə görə, Sırdərya həmçinin "Yaksart" adını daşıyırdı — bu qədim yerli ad ehtimal edilir ki, yerli saksoniya tayfalarının arasında yayılmışdı.

Qalereya

  • Sırdərya çayının peykdən görünüşü
    Sırdərya çayının peykdən görünüşü
  • Sırdəryada. Baykonur şəhəri
    Sırdəryada. Baykonur şəhəri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seyhun haqqında məlumat. Seyhun nədir? Seyhun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Har Ray

  • Fevral 27, 2026

    Niko Rosberq

  • Fevral 27, 2026

    Ezo Respublikası

  • Fevral 27, 2026

    Epiqrafika

  • Fevral 27, 2026

    Qurdqulaq (Gorus)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst