Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb – 3 fevral 2026[…]) — Liviyan

Seyfülislam Qəddafi

  • Ana Səhifə
  • Vikipediya
  • Seyfülislam Qəddafi

Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb – 3 fevral 2026[…]) — Liviyanın keçmiş dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb.

Seyfülislam Qəddafi
ərəb. سيف الإسلام القذَّافي‎
Qəddafi 2007-ci ildə.
Qəddafi 2007-ci ildə.
Doğum tarixi 25 iyun 1972(1972-06-25)
Doğum yeri
  • Tərabülüs əl-Qərb, Liviya
Vəfat tarixi 3 fevral 2026(2026-02-03)[…] (53 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Atası Müəmmər əl-Qəzzafi
Anası Safiya Qəddafi
Təhsili
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (–2008)
Fəaliyyəti siyasətçi, mühəndis, memar, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qəddafi 2021-ci ildə.

Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var.

Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır.

2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi. O, ingilis dilində sərbəst danışır, London İqtisadiyyat Məktəbində fəlsəfə doktoru dərəcəsi almışdır.

Qərbdə Seyf əl-İslam Liviyada həbs olunmuş 5 bolqar tibb bacısı və bir fələstinli həkimin azadlığa buraxılmasında oynadığı rola görə də tanınır. Liviya hökuməti həmin tibb işçilərini azyaşlı uşaqları HİV virusuna yoluxdurmaqda ittiham edirdi.

Seyf əl-İslam Qəddafi son 10 ildə Liviyanın Qərb dövlətləri ilə danışıqlar aparmasında da müsbət rol oynayıb. Bu danışıqlar sayəsində Liviya nüvə silahından imtina edib. On illərdir Qərbin düşməni qismində davam edən izolyasiyaya son qoyulub. Bununla da o, ölkənin neft sektoruna xarici investisiyanın qoyulmasına yol açıb.

Seyf əl-İslam hətta islahat təkliflərinə görə hakim elita ilə üz-üzə gəlib. Bəzi analitiklər bildirirlər ki, onun mühafizəkar rəqiblərinin arxasında qardaşları — milli təhlükəsizlik müşaviri olan Mütəssim və orduda yüksək mövqe tutan Xamis dayanır.

O, ərəb ölkələrini bürüyən etiraz dalğası çərçivəsində atasının 40 illik hakimiyyətinə qarşı başlanmış iğtişaşlarla bağlı 2011-ci il 20 fevral tarixli televiziya çıxışında atasının hakimiyyətini son ana qədər qoruyub saxlayacağını bildirmiş, həmçinin mühacirətdə yaşayanları ölkədəki iğtişaşları qızışdırmaqda ittiham etmişdir. Eyni zamanda islahatlar aparmaq üçün dialoq təklifi də irəli sürmüşdür.

3 fevral 2026-cı il tarixində Qəddafi evində dörd naməlum silahlı şəxs tərəfindən öldürülüb və onlar hadisə yerindən qaçıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, seyfülislam qəddafi sözünün mənası, seyfülislam qəddafi haqqında məlumat. seyfülislam qəddafi nədir? seyfülislam qəddafi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Karlo Mikelştedter

  • Mart 03, 2026

    Tamara Kokova

  • Mart 01, 2026

    III Yəzdigird

  • Fevral 26, 2026

    Ruzvelt Skerrit

  • Fevral 27, 2026

    Əbu Səid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst