Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlame

Sevil Mikayılova

  • Ana Səhifə
  • Vikipediya
  • Sevil Mikayılova

Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist.

Sevil Mikayılova
Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış üzvü
Vəzifədədir
10 mart 2020-ci ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 27 iyun 1974(1974-06-27) (51 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dillər Universiteti
    Fəaliyyəti siyasətçi, jurnalist
    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
    Azərbaycan Respublikasının əməkdar jurnalisti

    Mündəricat

    Həyatı

    Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir.

    Fəaliyyəti

    1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir.

    2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

    Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Fransa, İsveçrə, İtaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

    Xocalı soyqırımına həsr olunmuş "Sözün bitdiyi yer" adlı filmin ingilis dilində redaktoru olub, səsləndirilməsindən iştirak edib. ABŞ Dövlət Departamentinin təşkil etdiyi Beyin Mərkəzlərinin İdarə Olunması üzrə Beynəlxalq Liderlik Proqramında iştirakı ilə bağlı sertifikatla təltif olunub. Kanadanın Ottava "Bir Gənc Dünya" beynəlxalq konfransında Azərbaycan mediasını təmsil edib, həmçinin NATO seminarlarında Azərbaycan nümayəndə heyəti daxilində iştirak edib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sevil Mikayılova haqqında məlumat. Sevil Mikayılova nədir? Sevil Mikayılova nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Qeyri-metallar

    • Fevral 27, 2026

      Kalmıklar

    • Mart 01, 2026

      Differensial (avtomobil)

    • Fevral 27, 2026

      Şərur düzənliyi

    • Fevral 27, 2026

      İbn Tümərt

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst