Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Selevkilər sülaləsi – Selevkilər dövlətində hakimiyyətdə olmuş çar sülaləsi (e.ə. 312–63). Əsası I Selevk Nikator tərəfindən qoyulmuşdur.

Selevkilər sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Selevkilər sülaləsi

Selevkilər sülaləsi – Selevkilər dövlətində hakimiyyətdə olmuş çar sülaləsi (e.ə. 312–63). Əsası I Selevk Nikator tərəfindən qoyulmuşdur.

Selevkilər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Selevk

Selevk I – e.ə. 321-ci ildə diadoxların yığıncağında (Babilistan) Makedoniyalı İsgəndərin ən qabiliyyətli sərkərdələrindən birinə – I Selevkə çatmışdır. Digər diadoxlarla uzun sürən mübarizə nəticəsində e.ə. 312-ci ildə Selevk qəti olaraq Babilistanda möhkəmləndi, öz çarlığını və Selevkilər sülaləsini yaratdı.

Selevkilər dövlətinin əsasının qoyulması və didoxlarla vuruş

Selevkilər dövləti – Makedoniyalı İsgəndərin ölümündən sonra meydana gəlmiş ən böyük dövlət. E.ə. 321-ci ildə diadoxların yığıncağında Babilistan İsgəndərin ən qabiliyyətli sərkərdələrindən biri olan Selevkə verildi. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində e.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı. Midiya, İran, Mesopotamiya, Şimali Suriya, Kiçik Asiyanın bir hissəsi, habelə Hindistan Selevkilər dövlətinə daxil idi. Amma Hindistan ərazilərini Selevk hələ e.ə. IV əsrin sonlarında itirmişdi. I Selevk Makedoniyaya etdiyi hərbi yürüş zamanı həlak olmuşdur. Onun varisləri – Selevkilər bu və ya digər dövlətlərlə fasiləsiz müharibələr aparmışlar. Selevkilərin əraziləri ən bacarıqlı ellin hökmdarlarından olan III Antioxun (e.ə. 223–187) hakimiyyəti illərində genişlənmişdir. Onun siyasətinin xüsusiyyəti təkcə yunanlara deyil, həm də qədimdən mövcud olan şəhər özünüidarə qaydalarına arxalanmasında idi ki, bu da öz növbəsində geniş xalq kütlələri arasında onun dəstəklənməsi ilə nəticələndi. III Antioxun ordusunda yunan və makedoniyalılardan başqa, onun dövlətinə daxil olan çoxsaylı tayfa və xalqların nümayəndələri də vuruşurdu. O, Kiçik Asiyada yeni ərazilər ələ keçirdi, rəqibi – Baktriya çarı Evtidem üzərində qələbələr çaldı. Makedoniya ilə ittifaqa girən III Antiox Suriyanın cənub hissəsini, Finikiyanı və Fələstini ələ keçirdi. Lakin az sonra Roma Aralıq dənizinin şərq bölgəsinin işlərinə müdaxilə etdi. E.ə. 190-cı ildə Maqneziya (Kiçik Asiya) yaxınlığındakı məğlubiyyəti nəticəsində romalılar Kiçik Asiya ərazilərinin bir hissəsini III Antioxun əlindən alırlar. Ermənistan Selevkilərdən müstəqillik əldə edir, Dəclə çayının arxa tərəfi parfiyalılar tərəfindən tutulur. III Antioxun oğlu iki dəfə Misirə soxulur və e.ə. 168-ci ildə Misir İsgəndəriyyəsini mühasirəyə alır. Amma Roma elçisi IV Antioxdan tələb edir ki, ləngimədən Misirdən çıxıb getsin və Antiox qoşunlarını buradan çıxarır. IV Antiox Şərq yürüşlərindən birində həlak olandan sonra romalıların tələbi ilə Selevkilərin hərbi donanması ləğv edilir və bütün döyüş filləri öldürülür. Nəticədə isə Selevkilər dövlətinin hərbi qüdrəti sarsılır. E.ə. 129-cu ildə parfiyalılar tərəfindən məğlub edilən Selevkilər dövlətinin ərazisi Suriya ilə məhdudlaşır. E.ə. 63-cü ildə Selevkilərin əlində qalmış sonuncu bölgə olan Suriya da romalılar tərəfindən ələ keçirilir və Romanın əyalətinə çevrilir.

Diadoxlar (yun. "xələf", "varis") – Makedoniyalı İsgəndərin varisləri – böyük sərkərdələr və onun yaxın davamçıları. Makedoniyalı İsgəndərin ölümündən sonra diadoxlar öz aralarında hakimiyyət uğrunda mübarizəyə başladılar və son nəticədə onun dövlətini öz aralarında bölüşdürdülər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Selevkilər sülaləsi haqqında məlumat. Selevkilər sülaləsi nədir? Selevkilər sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərmər

  • Fevral 27, 2026

    .lk

  • Fevral 27, 2026

    Həlqəvi qurdlar

  • Fevral 27, 2026

    Mexanizm

  • Fevral 28, 2026

    Yuxarı Vyenna

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst