Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович; 24 dekabr 1940, Kostanay vilayəti – 20 noyabr 1991, Azərbaycan) — Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir.
| Saylau Serikov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 dekabr 1940 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 20 noyabr 1991 (50 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | Qarakənd faciəsi |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Rütbəsi | |
| Təltifləri | |
24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir.
1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
20 noyabr 1991-ci il yerli saatla 14:42 vurulan SSRİ DİN-nin Mi-8 helikopterində həlak olmuşdur.
Almatı şəhərində dəfn edilmişdir. Ölümündən sonra xatirəsini əbədiləşdirmək məqsədiyə Almatı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saylau Serikov haqqında məlumat. Saylau Serikov nədir? Saylau Serikov nə deməkdir?
