Sarıcallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd. Sarıcallı (həmçinin, Sarıcalı və Sarıcally) Azərbaycanın Cəbrayıl rayonunun Şükürbəyli inzibati vahidinə daxil olan bir kənddir və Göyana düzündə, Cəbrayıl şəhərindən 12 km cənubda yerləşir.
| Sarıcallı | |
|---|---|
| |
| 39°17′44″ şm. e. 47°05′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 250 m |
| Saat qurşağı |
|
![]() Sarıcallı | |
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sarıcallı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıcallı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Yaşayış məntəqəsi bəhmənlilərin bir qolu olan sarıcalıların adı ilə bağlıdır. Sarıcalılar cavanşir və başqa tayfalarla birlikdə Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışdılar. XIX əsrin əvvəllərində onlar dərgahlı, əmiraslanbəyli, çəmənli, incilli, yetim adlı tirələrə bölünürdü. 1917-ci ildə Şuşa qəzasında Əmiraslanbəyli Sarıcalısı, İncirli Sarıcalısı, Tərəkəmə Sarıcalısı, Quzanlı Sarıcalısı adlı yaşayış məntəqələri də qeydə alınmışdı.
Tarixi
Rusiya İmperiyası dövründə Sarıcallı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.
Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal edilmişdir.
5 oktyabr 2020-ci il tarixində, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Sarıcallı kəndini azad edərək nəzarətə götürdüyünü elan etmişdir.
Coğrafiyası və iqlimi
Kənd Gəyən çölündə yerləşir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Əhalisi
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Soltanlı kənd dairəsinin Sarıcallı kəndində 73 ev var idi və burada 326 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.
1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Sarıcallı kəndində 398 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarıcallı haqqında məlumat. Sarıcallı nədir? Sarıcallı nə deməkdir?

