Sarı şam (lat. Pinus ponderosa) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
| Sarı şam | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sarı şam | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Təbii halda Şimali Amerikanın qərbində, İngiltərədə, Kolumbiyada, Cənubi Kaliforniyada, eləcə də Avropanın bir çox ölkələrində bitir.
Botaniki xarakteristikası
Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır. Qozaları qəhvəyi rəngli, parlaq, silindr formalıdır, uzunluğu 15 sm, eni isə 10 sm-dir, çox zaman 3-5 ədədi bir yerdə olur. Bu da ağaca xüsusi gözəllik verir. Sarı şam cavan yaşlarında zəif inkişaf edir, yaşlaşdıqca boy inişafi sürətlənir. Torpağa az tələbkardır, istisevən, quraqlığa, şaxtaya, qaza və tüstüyə davamlıdır. Qumsal, daşlı, gilicəli torpaqlarda da yaxşı inkişaf edir, bataqlıqlaşmış torpaqlarda bitmir. Ddekorativ çətirinə görə tək əkinlərdə, kiçik qruplarda, parklarda gözəl görünür. Yarpaqlarından və kal qozalarından alınan ekstraktdan ürək, astma, sinir xəstəliklərinin müalicəsində istifadə olunur.
Azərbaycanda yayılması
Azərbaycanda Abşeron və Lənkəranda yol kənarlarındakı yaşıllıqlarda rast gəlinir.
Yarımnövləri
- Pinus ponderosa var. benthamiana (Hartw.) Vasey
- Pinus ponderosa var. pacifica J.R.Haller & Vivrette
- Pinus ponderosa var. ponderosa
- Pinus ponderosa var. washoensis (H.Mason & Stockw.) J.R.Haller & Vivrette
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarı şam haqqında məlumat. Sarı şam nədir? Sarı şam nə deməkdir?
