Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sa

Sarvan (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Sarvan (şəhər)

Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır.

Şəhər
Marneuli
მარნეული
Bayraq Gerb
Bayraq Gerb
41°29′14″ şm. e. 44°47′53″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 420 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 24.928 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 357
Poçt indeksi 3000
Digər
marneuli.gov.ge
Marneuli xəritədə
Marneuli
Marneuli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Sarvan Azərbaycan dilində "dəvəçi" deməkdir. Fars dilindən alınan sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir.

Tarix

Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi. Müharibə bitdikdən sonra bu aerodromda yerləşən alaya aid təyyarələr və HHM qoşunları SSRİnin cənub sərhədlərinin qorunmasına nəzarət edir və həmçinin Əfqanıstandakı müharibədə iştirak etmişdi. SSRİ-nin dağılmasının ardından aerodrom Gürcüstan Ordusunun nəzarətinə verildi. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibə zamanı Rusiyaya məxsus qırıcı təyyarələr aerodromu bombaladı, nəticədə 4 nəfər etnik gürcü hərbçisi həlak oldu.

Əhalisi

Milli tərkibi

17-24 yanvar 2014-cü il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Marneuli şəhərində 20.211 nəfər, Şaumyan qəsəbəsində isə 3.630 nəfər əhali yaşayır. Burada yaşayan toplam 20.211 nəfər əhalinin 84 %-ni azərbaycanlılar, 10,5 %-ni gürcülər, 3,7 %-ni ermənilər, 0,6  %-ni ruslar, 0,4 %-ni isə urumlar təşkil edir.

Marneuli şəhəri əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa. Nisbəti 1989 sa. Nisbəti
cəmi4 233100 %27 118100 %
azərbaycanlı3 45981.72 %18 49868.21 %
erməni2566.05 %1 4555.37
urum170.4 %2 3998.85 %
gürcü260.61 %2 0917.71 %
rus və ukraynalı3458.15 %2 3049 %
osetin10.02 %720.27 %
kürd və yezidi10.2 %60.02
alman200.47 %......
assuriyalı330.78 %......
digər751.78 %2931.08 %

İqtisadiyyat

Marneuli şəhərində heç bir iri sənaye müəssisəsi fəaliyyət göstərmir. Şəhərdə yalnız kiçik bir konserv zavodu və bir dəmir-beton zavodu fəaliyyətdədir. Əhalisinin əksəriyyəti tikinti, ticarət, təhsil və kənd təsərrüfatı sahəsində işləyir. Bundan başqa Gürcüstanda becərilən tütünün 78%-i Marneulidə yetişdirilir. Şəhərdə dəmiryolu stansiyası da mövcuddur.

Təhsil

Marneulidəki orta məktəblərin əksəriyyətində təhsil azərbaycan dilində aparılır. 2008-ci ildə Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb. Bu təhsil ocağında Gürcüstanda fəaliyyət göstərəcək 124 Azərbaycan məktəbi üçün müəllim kadrları hazırlanması nəzərdə tutulur. Əvvəllər bu məktəblərdə işləmək üçün kadrlar Azərbaycandan göndərilsə də, müstəqillik dövründə bu proses dayandırılıb. Universitet rəhbərliyinin keçirdiyi sorğuya görə hazırda Azərbaycan dilində təhsil verən məktəblərdə 35 min şagirdə 4 min müəllim dərs deyir və bu məktəblərdə 800-ə qədər kadr çatışmır. İlk təhsil ilində bura 80 tələbə qəbul olunub. 2015-ci ildə universitetin fəaliyyəti dayandırılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarvan (şəhər) haqqında məlumat. Sarvan (şəhər) nədir? Sarvan (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Betmen

  • Fevral 25, 2026

    Benin

  • Fevral 27, 2026

    Bohemiyalı Anna

  • Fevral 23, 2026

    Terek

  • Fevral 27, 2026

    Aytilla

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst