Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd.

Saracıq

  • Ana Səhifə
  • Vikipediya
  • Saracıq

Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd.

Saracıq
39°29′13″ şm. e. 47°07′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Saracıq xəritədə
Saracıq
Saracıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi. Molla Məhəmmədsəfi əfəndinin və qardaşı Məhəmmədyaqub əfəndinin törəməsi Sultanov soyadını daşıyırdı. Saracıqlı Mir Abdulla əfəndi İbrahimxəlil xan tərəfindən Osmanlı dövlətinə elçi getmişdi. Ağa Məhəmməd xan Qovanlı-Qacarın Qarabağı hücumla təhdid etməsi haqqında danışıqlar aparmışdı.

1797-ci ildə Saracıq kəndi Ağa Məhəmməd şah Qovanlı-Qacarın (1795–1797) ordusu tərəfindən oda verilmişdi. 1823-cü ilə bağlı rus qaynağında Saracıq kəndindən də söhbət açılır. Kənddə təkcə Böyük xan Cavanşirin rəiyyəti vardı.

Saracıq kəndi 8 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Məlik Həsən 1 tüstü, onun rəncbərləri 2 tüstü, qardaşı Molla Hüseyn 1 tüstü. Böyük xana vergi ödəyən rəiyyətlər 6 tüstü.

1828-ci ildə Xırdapara-Dizaq mahalına bağlı kəndlər haqqında məlumat var. Həmin məlumatda Saracıq kəndi haqqında yazılır: "Saracıq kəndi vergi ödəyən 8 tüstü, ödəməyən 2 tüstü, rəncbər 1 tüstü".

1842-ci ilə bağlı rus qaynağında artıq kəndin bir neçə yiyəsi olduğu göstərilir. Bu mülkədarlar Şükür bəy Hümbətəli bəy oğlu və ştabs-kapitan Gülməmməd bəyin oğlu poruçik Rüstəm bəy idi. Rüstəm bəyin rəiyyətlərinə qardaşları da ortaq idilər.

1842-ci ildə dövlət tərəfindən bəy kəndliləri də siyahıya alınıb. Həmin siyahıda kənddə 12 tüstü dövlət, 5 tüstü bəy rəiyyəti vardı. XIX əsrin sonlarında Hapıtlı obasından gələn Xəlil yüzbaşı kənddə məskunlaşmışdı. Onun tayfası hapıtlı adlanmağa başladı.

9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Dağlıq ərazidədir. Yaşayış məntəqəsi təqribən iki əsr əvvələdək indiki yerindən 4 km. aralı, Şuşa şəhərinə gedan karvan yolunun kənarında yerləşirdi. Sonralar hapıtlı, hacısüleymanlı, cacaqlı va şükürbəyli nəsillərinə mənsub ailələr buraya köçərək yeni yaşayış məntəqəsini yaratmışlar. Yerli əhalinin ehtimalına görə, kənd ticarət karvan yolunun kənarında, kiçik karvansaranın ətrafında salındığı üçün belə adlandırılmışdır və oykonim (Saraycıq) "kiçik karvansara" manasındadır. Tədqiqatçıların fikrincə, bu ad türk dillərində "düzən, düz, çöl, tarla, sahə" mənalarında işlənən sara sözündan va kiçiltmə bildirən -cıq şəkilçisindən düzəlib, "kiçik düz" deməkdir.

Tayfaları

Saracıq kəndinin yerli tayfaları: Əfəndilər, Cacıqlılar, İslamlilar, Alıuşaqi, Yaqublular, İbraqimuşasqı.

Saracıq kəndinin gəlmə tayfaları:

  • Hacısüleymanlı, Dəlləklilər, Şükürbəylilər, Hapıtlılar, və başqa tayfalar.
  • Cacıqlılar — Cacıqlı yer (Nursu kəndi, Zirnəl kəndi. Şahbuz).
  • Cacıqlı daqı (Bənəniyar kəndi. Julfa)
  • Hapıtlılar — Quba rayonunun Haput kəndindən gəlmə tayfadı. Hapıtlılar – Azerbaycan Respublikasinda yaşayan azsaylı millətlər siyahısına daxildilər. Özlərini "Gerad miləti" olaraq caqirilar. Kəndə köcmə tarixi – 1860–1880 illərə təsdüf olar bilər.

Mədəniyyəti

  • Alı körpüsü (XIX əsr)

Əhalisi

  • Fatma xanım Kəminə (1841–1898) — şairə
  • Hacı bəy Sultanov (1847–1920) — çar ordusunun polkovniki.
  • Fərəc bəy Sultanov (1869–1914) — pedaqoq.
  • Ədhəm Sultanov (1903–1946) — rəssam.
  • Bayram Qurbanov (1926–2002) — tarix elmləri doktoru, professor.
  • Qabil Rəfiyev (1927–1986) — şair, kənd ziyalısı.
  • Ramil Əliyev (1940) — iqtisad elmləri doktoru, professor.
  • Faiq Rəfiyev — Azərbaycanın milli qəhrəmanı.
  • Fazil Rəfiyev — kənd ziyalısı.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Füzuli rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saracıq haqqında məlumat. Saracıq nədir? Saracıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zığ

  • Mart 01, 2026

    Barbara Stenvik

  • Fevral 27, 2026

    Rey şəhristanı

  • Fevral 27, 2026

    İrəvan metropoliteni

  • Fevral 27, 2026

    Lombardiya

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst