Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bədənin bel tərəfi göy-yaşıl, yanları və qarnı gümüşü rəngdə olur. Bel üzgəci çox piqmentlənmişdir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Yetkin fər

Sara siyənəyi

  • Ana Səhifə
  • Vikipediya
  • Sara siyənəyi

Sara siyənəyi (lat. Alosa brashnikovi sarensis) — Chordata tipinin növüdür.

Sara siyənəyi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Xarakterik morfoloji əlamətləri

Bədənin bel tərəfi göy-yaşıl, yanları və qarnı gümüşü rəngdə olur. Bel üzgəci çox piqmentlənmişdir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Yetkin fərdlərinin uzunluğu 20.1-40.0 sm, kütləsi 95.0-1050.0 q arasında dəyişir.

Yaşayış yeri və həyat tərzi

Dəniz balığı olub, çoxalmaq üçün şirin sulara girmir. Orta ömrün uzunluğu: 7 - 8 ildir. Cinsi yetkinliyə çatma müddəti: Cinsi yetkinliyə 2-3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasında olur.

Yaşayış yeri və həyat tərzi

Dəniz balığı olub, çoxalmaq üçün şirin sulara girmir. Orta ömrün uzunluğu: 7 - 8 ildir. Cinsi yetkinliyə çatma müddəti: Cinsi yetkinliyə 2 - 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasında olur.

Yayılması

Azərbaycanda Xəzər dənizinin cənub-qərb hissəsində geniş yayılmışdır. Brajnikov siyənyinin Xəzər dənizində 7, Xəzər dənizinin Azərbaycan sularında isə 6 yarımnövü yayılmışdır. Həmin yarımnövlərdən biri olan Sara siyənəyinin üç populyasiyası (Sara, Pirsaat və Lənkəran) qeydə alınmışdır.

Sayı və limit faktorları

Son illərdə Xəzər dənizində Sara siyənəyinin sayı stabildir. Limit faktorları kimi dənizin çirklənməsi və Qara dənizdən Xəzərə düşmüş daraqlı (Mnemiopsis leidyi) hesab edilir. Azərbaycanda 5 növlə təmsil olunur

Qidalanması

Kilkələr, az miqdarda krevetka, aterin və başqa balıqlarla qidalanır.

Çoxalması

Kürütökmə yolu ilə çoxalır. Kürüsünü hissə-hissə tökür. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü hissə-hissə tökür. Məhsuldarlığı 200.0-1050.0 min ədəd arasında dəyişir. Reproduktivliyin periodu: ildə bir dəfə, hər il, generasiyaların sayı: orta ömrün uzunluğundan aslı olaraq 7 - 8 dəfə olur.

İnsan həyatına təsiri

Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Sosial – iqtisadi əhəmiyyəti ov və vətəgə əhəmiyyətlidir. Elmi - mədəni əhəmiyyəti müəyyənləşdirilməyib. Ziyanvericilik xüsusiyətləri məlum deyil.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Xəzərdə balıq ovunun tənzim olunması haqqında qanun qəbul edilməsinə ehtiyac var, dənizin çirklənməsinin qarşısı alınmalıdır.

Növün qeydiyyat göstəriciləri

AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  • Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981. 168 с.
  • Световидов А.Н. Сельдевые. Фауна СССР, рыбы, том II, вып. 1, Изд. АН СССР, М.-Л.: 1952, 330 c.
  • Смирнов А.Н. Бражниковские сельди Каспийского моря. Баку, Изд-ва АН Аз. ССР., 1952, 245 с.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sara siyənəyi sözünün mənası, sara siyənəyi haqqında məlumat. sara siyənəyi nədir? sara siyənəyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Xanəgah (söz)

  • Mart 06, 2026

    Fotoelektrik sensor

  • Fevral 27, 2026

    Upanişadlar

  • Mart 01, 2026

    İşxan qızılbalığı

  • Mart 03, 2026

    Emulsiya

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst