Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sanna Mirella Marin (16 noyabr 1985, Helsinki) — 10 dekabr 2019-cu ildən 2023-cü ilə qədər Finlandiyanın Baş naziri.

Sanna Marin

  • Ana Səhifə
  • Vikipediya
  • Sanna Marin

Sanna Mirella Marin (16 noyabr 1985, Helsinki) — 10 dekabr 2019-cu ildən 2023-cü ilə qədər Finlandiyanın Baş naziri.

Sanna Marin
fin Sanna Marin
Finlandiya parlamentinin üzvü
Vəzifədədir
22 aprel 2015-ci ildən
    17 aprel 2019 – 12 sentyabr 2023
    Finlandiyanın Baş naziri
    10 dekabr 2019 – 20 iyun 2023
    ƏvvəlkiAntti Rinne[d]
    SonrakıPetteri Orpo
    Finlandiya nəqliyyat və kommunikasiya naziri
    6 iyun 2019 – 10 dekabr 2019
    ƏvvəlkiAnu Vehvilainen[d]
    SonrakıTimo Harakka[d]
    Finlandiyada bədəliyyə müşaviri
    2012 – 2015
    Şəxsi məlumatlar
    Doğum adı Sanna Mirella Marin
    Doğum tarixi 16 noyabr 1985(1985-11-16) (40 yaş)
    Doğum yeri
    • Helsinki, Uusimaa quberniyası[d], Finlandiya
    Partiya
    • Finlandiya Sosial Demokrat Partiyası[d]
    Təhsili
    • Tampere Universiteti[d] (2007–2017),
    • Suupanniitti məktəbi[d],
    • Pirkkalan yhteislukio Silmu[d]
    Fəaliyyəti siyasətçi
    Həyat yoldaşı
    • Markus Raikkönen[d] (2020–2023)
    Uşağı 1
    Elmi fəaliyyəti
    Elm sahəsi siyasət, yerli idarəetmə[d], sosial-demokratiya
    Təltifləri Commanders Grand Cross of the Order of the Polar Star — 2024 1-ci dərəcəli "Knyaginya Olqa" ordeni — 2026 Grand Cross of the Order of the White Rose of Finland — 2022
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    O, 2015-ci ildən Sosial Demokrat partiyasından Finlandiya Parlamentinin üzvü və 6 iyun 2019 – 10 dekabr 2019-cu il arasında Nəqliyyat və Rabitə Naziridir.

    Antti Rinne baş nazir vəzifəsindən ayrıldıqdan sonra Finlandiya Sosial Demokrat Partiyası 8 dekabr 2019-cu ildə Marini yeni baş nazir vəzifəsinə namizəd seçdi. Parlament tərəfindən təsdiqləndikdən sonra, 34 yaşında Marin həm dünyanın ən gənc baş naziri, həm də Finlandiyanın ən gənc baş naziri oldu. O, həmçinin Mari Kiviniyemi və Anneli Yattenmyakidən sonra ölkəsinin üçüncü qadın baş naziridir.

    Mündəricat

    Həyatı

    Marin 16 noyabr 1985-ci ildə Helsinkidə anadan olub və Tampereya köçməzdən əvvəl Espoo və Pirkkalada yaşayıb.

    Karyerası

    Marin 2012-ci ildə

    Marin 2004-cü ildə 19 yaşında Pirkkala liseyini bitirib. 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib. Marin 2006-cı ildə Sosial Demokratik Gənclik partiyasına qoşulub və 2010-cu ildən 2012-ci ilə qədər birinci vitse-prezident vəzifəsində çalışmışdır.

    Marin 2008-ci ildə Finlandiya bələdiyyə seçkilərində namizəd idi, lakin seçilmədi. 2012-ci ildən siyasətdə aktiv oldu. 2012-ci il seçkilərində, 27 yaşında Tampere Bələdiyyə Məclisinə seçildi, bu, siyasi karyerasında bir irəliləyiş anı idi. 2013-cü ildən 2017-ci ilə qədər Tampere Şəhər Şurasının sədri olub. 2017-ci ildə yenidən Şəhər Şurasına seçilib. O, həmçinin Tampere bölgəsi Məclisinin üzvüdür. 2013-cü ildən 2016-cı ilə qədər Pirkanmaa Regional Şurasının üzvü olub.

    Marin 2014-cü ildə Sosial Demokrat Partiyası sədrinin ikinci müavini seçildi. 2015-ci ildə 30 yaşında Finlandiya Parlamentinə Pirkanmaa seçki dairəsindən millət vəkili seçildi. Dörd il sonra o, yenidən seçildi. 6 iyun 2019-cu ildə Marin, nəqliyyat və rabitə naziri oldu.

    2019-cu ilin dekabrında Antti Rinnenin Finlandiyanın Baş naziri vəzifəsinə keçmək üçün Sosial Demokrat Partiyası tərəfindən namizəd göstərildi. Rinne, poçt tətilini idarə edərkən çox tənqid edildi, lakin ən azı 2020-ci ilin iyununda keçiriləcək bir qurultaya qədər partiyanın rəsmi lideri olaraq qalacaq. Sosial Demokrat Partiyasından namizədliyini verən Sanna Marin əsas rəqibinə 3 artıq səslə qalib gəlib. Onun rəqibi Antti Lindtmandan 29 səslə məğlub olub. Sanna Marin isə 32 səslə ölkənin baş naziri seçilib. Bildirilir ki, Sanna Marin kabinetdəki 18 nazirdən 12-nin qadınlardan ibarət olduğu beş partiya koalisiyasının yaratdığı hökuməti idarə edəcək.

    Yeni seçilən baş nazir ətraf mühitin və təbiətin qorunması, qaz yanacaqlarından istifadə edən nəqliyyat vasitələrinin qadağan edilməsi yönündə fəailiyyəti ilə də tanınır. Qeyd edək ki, yeni seçilən gənc baş nazir Marin, Finlandiyanın NATO üzvlüyü mövzusunda da sərt fikirlər səsləndirirdi.

    Şəxsi həyatı

    Marin özünü eyni cinsli valideynlərin (iki qadın) övladı olduğu üçün özünü göy qurşağı ailəsindən gəldiyini təsvir edir. O, eyni zamanda ailəsində yeganə uşaq idi və ailəsində universitetə gedən ilk şəxs idi.

    Ailəsi

    Marinin keçmiş partnyoru, "TPV" klubunun futbolçusu Markus Rəikkönen ilə 2018-ci il təvəllüdlü bir qızı var. Cütlük 19 illik münasibətdən sonra 2023-cü ilin may ayında boşanmaq üçün müraciət edib.

    Sanna Marin vegetariandır.

    Həmçinin bax

    • Finlandiya
    • Sauli Niinistö
    • Mari Kiviniyemi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sanna marin sözünün mənası, sanna marin haqqında məlumat. sanna marin nədir? sanna marin nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Briq

    • Fevral 27, 2026

      Anri Puankare

    • Fevral 27, 2026

      Çinari

    • Mart 01, 2026

      Əlixan Bökeyxan

    • Mart 01, 2026

      Şübra əl-Xeymə

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Mart 06, 2026

      Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst