Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samirilər və ya Samaritanlar (samiri ivritcəsi: ࠔࠠࠌࠝࠓࠩࠉࠌ; ivritcə: שַמֶרִים, ərəbcə: السامريون) — qədim İsrail və Yəhuda krallıqlarının süqutundan sonra ortaya

Samirilər

  • Ana Səhifə
  • Vikipediya
  • Samirilər

Samirilər və ya Samaritanlar (samiri ivritcəsi: ࠔࠠࠌࠝࠓࠩࠉࠌ; ivritcə: שַמֶרִים, ərəbcə: السامريون) — qədim İsrail və Yəhuda krallıqlarının süqutundan sonra ortaya çıxmış etnik və dini icma. Onlar özlərini qədim İsrail tayfalarının (əsasən Efraim, Mənəssə və Levi) nəsillərindən hesab edirlər. Samirilərin dini Samaritan Tövratına əsaslanır və yəhudilikdən fərqlənən bəzi inancları vardır.

Samirilər
ࠔࠠࠌࠝࠓࠩࠉࠌ
Dili

Samiri ivritcəsi

Dini

Yəhudilik

Mündəricat

Etimologiyası

Yəhudi dininə riayət etməklə yanaşı yəhudilər tərəfindən yəhudi qəbul edilməyən samirilər (Şomronim): "Şomronim" ivrit dilində "bir şeyi diqqətlə izləyən" mənasına gəlir.

Tarixləri

Samirilərin tarixi çox qədimdir. Bizim e. ə. 722-ci ildə Şimali İsrail Krallığı süqut etdikdən sonra Assuriya imperatoru Sarqon İsrail xalqını Aşşura və Medlərin şəhərlərinə sürgün etmiş, Babil, Quta və Avvadan adamlar gətirərək İsrail oğullarının yerinə yerləşdirmişdir. Beləliklə, Şomron şəhərinin sakinləri ortaya çıxmış və bunlara "Şomronim" deyilmişdir.

Dinləri və adətləri

Yəhudilərin Tövratı ilə samirilərin Tövratı arasında altı minə yaxın fərq vardır. Samirilər Qüdsün yerinə Gerizimi müqəddəs yer kimi qəbul edir və özlərini həqiqi yəhudi kimi görürlər. Etiqad etdikləri sadəcə Tövratdır. Tövrat isə Musaya vəhy edilən beş kitabdan ibarətdir. İnanc əsasları da buna uyğun olaraq beşdir:

  • Bərabəri və yardımçısı olmayan Allah təkdir. Sifətləri insan sifətlərinə bənzəməz.
  • Musa Allahın yeganə rəsulu və bütün dövrlərin peyğəmbəridir. Vəhy onunla sona çatmışdır. Onun kimi peyğəmbər bir daha gəlməyəcəkdir.
  • Tövrat mükəmməl və tamdır, heç zaman dəyişdirilməyəcəkdir.
  • Gerizim dağı əbədi həyat yurdu, bərəkət dağı və Allahın yer üzündəki tək məqamıdır.
  • Yenidən dirilmə günü olacaqdır. Yaxşılar cənnətlə, pislər cəhənnəmlə mükafatlandırılacaqdır.

Samirilərin ibadət formaları müsəlmanlarınkına yaxındır. Müsəlmanlar kimi dəstəmaz alır, növbə ilə əlləri, ağzı, burnu, üzü, qulaqları, sağ və sol ayağı yuyurlar. Dəstəmaz əsnasında Tövratdan parçalar oxunur. İbadət dili aramicədir. Sinaqoqları da müsəlmanların məscidi kimidir. İçəridə stol, yaxud sıra yoxdur. İbadətlərində rüku və səcdə vardır. Müsəlmanların namazına bənzər şəkildə namaz qılırlar. Tədqiqatçılar bütün bunları uzun zaman müsəlmanların təsirinə məruz qalmaqla izah edirlər. Digərləri isə bunu samirilərin Musa şəriətini digər yəhudilərdən daha çox əslinə yaxın bir şəkildə davam etdirmələri ilə izah edirlər. Onlar həmçinin qədim qurban ənənələrini də davam etdirirlər, xüsusən Fəsah (Pasxa) bayramında.

Yaşadıqları ərazi

Hal-hazırda samirilərin sayı çox azdır – təxminən 800 nəfər. Onlar əsasən İsraildə (Holon şəhəri) və Fələstində (Nablus yaxınlığında) yaşayırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samirilər haqqında məlumat. Samirilər nədir? Samirilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karolinqlər

  • Fevral 23, 2026

    Əhli-Beyt

  • Fevral 25, 2026

    Federasiya

  • Fevral 27, 2026

    Cəfərqulu xan

  • Fevral 27, 2026

    Sultaniyə şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst