Samara çayı (ukr. Сама́ра) — Ukraynada yerləşir və Dnepr çayının qollarından biridir. Samara və Dnepr çaylarının birləşdiyi yerdə Dnepr adlı bir şəhər yerləşir. Uzunluğu 300 km olan çayın 22,600 km²-lik su hövzəsi vardır. Çay əriyən qar suları ilə qidalandığı üçün su səviyyəsi nizamsızdır. Çayın eni 40 ilə 60 m arasında dəyişir.
| Samara çayı | |
|---|---|
| ukr. Сама́ра | |
![]() Dneprin qollarından biri olan Samara çayı | |
| |
| Ölkə | |
| Vilayətlər | |
| Mənbəyi | Dnepr çayı |
| Mənsəbi | Qara dəniz |
| Uzunluğu | 311 km |
| Su sərfi | 17 m³/san |
| Hövzəsinin sahəsi | 22 600 km² |
Samara Çayının ən böyük qolları Vovotsça və Byk çaylarıdır. Çay üzərində qurulmuş ən böyük şəhərlər Ternivka və Novomoskovsk şəhərləridir.
Hövzəsi
Çayın uzunluğu 311 km-dir. Çayın maililiyi isə 0.33 m/km-dir. Çayın hövzəsinin sahəsi 22.660 km²dir. Vadi əsasən trapesiya, asimmetrik, bəzi bölgələrdə açıq ifadə edilmir. Su sərfi isə 17 m³/saniyədir. Qar suları ilə qidalanır. Dekabrın əvvəlində donur, Martın sonunda isə buzu açılır. Bəzən isə ilboyu donuşluq olur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samara çayı haqqında məlumat. Samara çayı nədir? Samara çayı nə deməkdir?

