Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952[…], Paris) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin

Salome Zurabişvili

  • Ana Səhifə
  • Vikipediya
  • Salome Zurabişvili

Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952[…], Paris) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir.

Salome Zurabişvili
gürc. სალომე ზურაბიშვილი
Gürcüstan Respublikasının 5-ci Prezidenti
16 dekabr 2018 – 29 dekabr 2024
ƏvvəlkiGiorgi Marqvelaşvili
SonrakıMixail Kavelaşvili
Gürcüstan Respublikasının 6-cı Xarici İşlər Naziri
18 mart 2004 – 19 oktyabr 2005
ƏvvəlkiTedo Caparidze
SonrakıQela Bejuaşvili
Şəxsi məlumatlar
Doğum adı Salomé Nino Zourabichvili
Doğum tarixi 18 mart 1952(1952-03-18)[…] (73 yaş)
Doğum yeri
  • Paris
Təhsili
  • Siyasi Araşdırmalar İnstitutu,
  • Kolumbiya Universiteti
Fəaliyyəti diplomat, dövlət xadimi, siyasətçi
Dini Gürcü Ortodoks Kilsəsi

Təltifləri "Xidmətlərə görə" ordeninin cəngavər dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 2003 "Respublika" ordeni — 2025 Polşa Respublikasının "Xidmətlərə görə" ordeni "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Knight of the Order of the Star of Italian Solidarity Order of La Pléiade
İmzanın şəkli
salome.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir.

Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb.

Mündəricat

Həyatı

Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.

Siyasi fəaliyyəti

Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2001-ci ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. Zurabişvili xarici işlər naziri postunda əsas uğurlarından biri kimi Rusiya hərbi bazalarının ölkədən çıxarılması haqqında qərarın qəbul edilməsini göstərirdi. Hətta çıxışlarının birində deyib ki, bunu tarixi nailiyyət hesab edir. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan Salome, Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı durub, amma müxalifət lideri elə də ola bilməyib. 2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.

2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. 2018-ci il seçkilərinə qatılmaq üçün o Fransa vətəndaşlığından imtina edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, salome zurabişvili sözünün mənası, salome zurabişvili haqqında məlumat. salome zurabişvili nədir? salome zurabişvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Nikolayevka

  • Fevral 27, 2026

    Maksimillian Robespyer

  • Fevral 27, 2026

    Əyyub əs-Sixtiyani

  • Fevral 27, 2026

    Hakkari

  • Fevral 27, 2026

    Thriller (albom)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst