Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Zaqatala qəzası[d] – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təs

Sadıq Murtuzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Sadıq Murtuzayev

Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Zaqatala qəzası[d] – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi.

Sadıq Murtuzayev
Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibi
fevral 1989 – yanvar 1990
ƏvvəlkiZöhrab Məmmədov
SonrakıAbbas Abbasov
Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi
9 aprel 1980 – noyabr 1988
ƏvvəlkiTelman Orucov
SonrakıAydın Quliyev
Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi
oktyabr 1970 – 9 aprel 1980
ƏvvəlkiAydın Kaşiyev
SonrakıNurəddin Mustafayev
Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibi
1963 – oktyabr 1970
Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi
1959 – 1962
ƏvvəlkiSəfiyyə Dibirova
Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin ikinci katibi
1956 – 1959
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1927(1927-07-25)
Doğum yeri
  • İlisu, Zaqatala qəzası[d], Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 4 fevral 2021(2021-02-04) (93 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1952–1991)
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti siyasətçi
Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "Əmək veteranı" medalı "21 Azər" medalı

Həyatı

S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir.

1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür.

1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur. O, 1979-cu ildə Liviyada, 1989-cu ildə Danimarkada Azərbaycan günləri keçirilərkən respublika nümayəndə heyətinə başçılıq edir.

Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunub. O, akademik İmam Mustafayevlə birgə yazdığı "İmam Şamil" kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.

Kitabları

  • "Şeyx Şamil", Bakı, "Vətən", 1993. 240 səh. (İmam Mustafayev ilə ortaqlı)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sadıq murtuzayev sözünün mənası, sadıq murtuzayev haqqında məlumat. sadıq murtuzayev nədir? sadıq murtuzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Küveyt iqtisadiyyatı

  • Fevral 10, 2026

    Azərbaycanlılar

  • Fevral 27, 2026

    Nepetoideae

  • Mart 01, 2026

    Bayandur bəy

  • Fevral 27, 2026

    Banjul

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst