Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Sadaxlı

  • Ana Səhifə
  • Vikipediya
  • Sadaxlı

Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Sadaxlı
სადახლო
41°14′20″ şm. e. 44°47′16″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
İlk məlumat 1771
Mərkəzin hündürlüyü 450 m
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhalisi 7337 nəfər (2014)
Milli tərkibi azərbaycanlılar 99,8%
Rəsmi dili
  • gürcü dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 – 357
Poçt indeksi 3000
Xəritəni göstər/gizlə
Sadaxlı xəritədə
Sadaxlı
Sadaxlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Fiziki-coğrafi mövqe

Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir.

Əhalisi

2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir.

Təsərrüfatı

Sadaxlı Marneuli rayonunun aqrar kəndidir. Əsas məşğulluq sahələri kənd təsərrüfatı və sərhədyanı ticarətdir. Taxılçılıq, tərəvəzçilik, kartofçuluq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir. Ermənistanla sərhəddə yerləşdiyindən burada eyniadlı sərhəd-buraxılış məntəqəsi və gömrük postu da yerləşir. 2003-cü ilədək burada sərhədyanı ticarət üçün nəzərdə tutulmuş bazar (Sadaxlı bazarı) fəaliyyət göstərsə də, sonralar naməlum səbəblərdən bağlanmışdır. Bazarın fəaliyyətini dayandırması kənddə işsizliyin artmasına rəvac verərək güclü emiqrasiya ilə müşayiət olunmuşdur. Sadaxlı kəndi və ətraf azərbaycanlı kəndləri ildə 11.000 ton taxıl istehsal edirdilər, lakin son illərdə məmurlar həmin kəndlərə gələn 80 km uzunluğunda su xəttini kəsərək metal qəbuluna satması nəticəsində kəndlər susuz qalıb. Nəticədə həmin kəndlərin əhalisi 18.000 nəfərdən indi 4.000–5.000 nəfərə qədər düşüb.

Görkəmli şəxsiyyətləri

  • Adilxan Bayramov
  • Aşıq Məhəmməd Sadaxlı
  • Elxan Poluxov
  • Fərhad Xudiyev
  • Həmid Vəliyev
  • İlyas Adıgözəlli
  • Musa Ayvazov
  • Nazim Poluxov
  • Pənah Xəlilov
  • Polux Poluxov
  • Ramiz Poluxov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sadaxlı sözünün mənası, sadaxlı haqqında məlumat. sadaxlı nədir? sadaxlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmeretiya

  • Fevral 24, 2026

    Koreyalılar

  • Fevral 27, 2026

    Masaüstü mühiti

  • Fevral 27, 2026

    Siyavar

  • Mart 01, 2026

    Əli İnsanov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst