Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq pr

Sabit Bağırov

  • Ana Səhifə
  • Vikipediya
  • Sabit Bağırov

Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti.

Sabit Bağırov
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
13 sentyabr 1992 – 13 iyul 1993
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıNatiq Əliyev
Azərbaycan Respublikası Prezidenti Fondunun icraçı direktoru
21 iyul 1992 – 4 avqust 1993
ƏvvəlkiVəzifə təsis olundu.
Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri
Şəxsi məlumatlar
Doğum tarixi 1948(1948) (77–78 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Partiya
  • Müsavat Partiyası (1992),
  • Azərbaycan Xalq Cəbhəsi (–1992)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti alim

Həyatı

Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır.

1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.

1998 və 2004-cü illərdə Dünya Bankının Azərbaycan enerji layihələrində məsləhətçi olmuşdur.

Ailəlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

Sabit Bağırov 21 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Fondunun İcraçı direktoru təyin olunmuşdur. Bu vəzifədən 4 avqust 1993-cü il tarixində azad edilmişdir.

13 sentyabr 1992-ci il tarixində yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ilk prezidenti vəzifəsinə təyin olunmuşdur. 13 iyul 1993-cü il tarixində bu vəzifədən azad edilmişdir.

23 fevral 1993-cü il tarixində yaradılan Beynəlxalq Energetika Şurasının Azərbaycan Milli Komitəsinin sədri seçilmişdir.

1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının departament rəhbəri vəzifəsində çalışmışdır.

1994-cü ildən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır.

Hazırda Şəffaflıq-Azərbaycan təşkilatının İdarə Heyətinin və EİTİ-Azərbaycan QHT Koalisiyası Şurasının üzvüdür.

Bir müddət Müsavat Partiyasının üzvü olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sabit Bağırov haqqında məlumat. Sabit Bağırov nədir? Sabit Bağırov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gelati monastırı

  • Fevral 18, 2026

    Platin

  • Fevral 23, 2026

    İnanc

  • Fevral 25, 2026

    Prometey

  • Fevral 27, 2026

    Venera planeti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst