Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında Pənah Ə

Saatlı məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Saatlı məscidi

Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Abidə memarın son əsərlərindən biri hesab edilir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır.

Saatlı məscidi
Məscidin fasadı 2023-cü ildə restavrasiya işlərindən sonra
Məscidin fasadı 2023-cü ildə restavrasiya işlərindən sonra
Ölkə  Azərbaycan
Şəhər Şuşa Şuşa
Yerləşir M.F.Axundov küçəsi
Aidiyyəti Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Kərbəlayi Səfixan Qarabaği
Tikilmə tarixi 1883
Üslubu Arran memarlıq məktəbi
Minarələri 1
Vəziyyəti 2022-2023-cü ildə restavrasiya olunub
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.355
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
39°45′46″ şm. e. 46°45′03″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda cümə məscidi və Bərdə imamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilmişdir. Bu haqqda məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir.

Məscidin inşa ediliyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur.

1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdurŞuşanın işğalından sonra məscid xarabalığa çevirilmiş, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılmışdır. Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs deyib.

Saatlı məscidində sonuncu dəfə XX əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan Silahlı Qüvvələrinin nəzarətində keçməsindən sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra, 2021-2023-cü illərdə məsciddə əsaslı bərpa işlər aparılıb, 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı baş tutmuşdur.

Memarlıq xüsusiyyətləri

Məscidin minarələrinin ümumi quruluşu Yuxarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir.

Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilmişdir.

Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox həyətindən həyata keçirilir. Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır. Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdur.

Məscidin interyer həlli bədii kamillik nümunəsi də hesab oluna bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilmişdir.

Həmçinin bax

  • Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
  • Azərbaycanda İslam

Ədəbiyyat

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saatlı məscidi haqqında məlumat. Saatlı məscidi nədir? Saatlı məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Saybalı (Sisyan)

  • Fevral 27, 2026

    Gödək Pipin

  • Fevral 27, 2026

    Yaqut əl-Həməvi

  • Fevral 27, 2026

    Səfər

  • Fevral 27, 2026

    Sağlamlıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst