Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saaremaa (est. Saaremaa əsas torpaq, nə zamansa bütün arxipelaq bu cür adlanırdı, adanın özü isə Курессааре — durnalar adası., Ezel) — Estoniyanın və Moonzund a

Saaremaa

  • Ana Səhifə
  • Vikipediya
  • Saaremaa

Saaremaa (est. Saaremaa əsas torpaq, nə zamansa bütün arxipelaq bu cür adlanırdı, adanın özü isə Курессааре — durnalar adası., Ezel) — Estoniyanın və Moonzund arxipelaqının ən böyük adasıdır. Adanın sahəsi 2673 km², əhalisi 30 min nəfər təşkil edir. Adada yerləşən Cıvresyaar (est. Sõrvesäär) yarımadası Riqa körfəzinin şimal nöqtəsini təşkil edir. Sahəsinə görə Baltik dənizinin Zelandiya, Fyon və Qotlanddan sonra dördüncü böyük adasıdır. Eyni adlı vilayətin ərazisini təşkil edir.

Saaremaa adası
est. Saaremaa, dan. Øsel, alm. Ösel‎, isv. Ösel, latış. Sāmsala‎, pol. Sarema
Ümumi məlumatlar
Sahəsi 2673 km²
Hündür nöqtəsi 54 m
Əhalisi 34.978 nəfər (2007-ci il)
Yerləşməsi
58°25′00″ şm. e. 22°30′00″ ş. u.HGYO
Ölkə  Estoniya
Akvatoriya
  • Baltik dənizi
  • Riqa körfəzi
Saaremaa adası xəritədə
Saaremaa adası
Saaremaa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Adanın xəritəsi

Ada şimaldan cənuba 88 km, şərqdən qərb 90 km, uzanır. Saaremaa adası qonşuluğunda yerləşən Muhu adası ilə Vyəykevyəyn boğazında yerləşən damba ilə birləşir. Adanın mərkəzi Kuressaare şəhəridir. Şəhərdə ümumilikdə 16 min insan yaşarır. Adanın ikinci iri yaşayış məntqəsi Orissare şəhəri şimal-şərqdə yerləşir. Saaremaadan 6 km şimalda Hiyumaa adası yerləşir. Adanın sahil xətti 1300 kilometrdir. Sırve yarımadası Riqa körfəzinin içərisinə 30 km daxil olmuşdur. Burada 1960-cı ilə 52 metrlik mayak inşa edilmişdir.

Lanşaft

Adanın lanşaftı düzənlikdir. Ən hündür nöqtəsi 54 metr olan Raunamyaqi təpəsidir. 1957-ci ildə burada Viydumyae quruğu salınmışdır. Ərazisinin 40 % meşəlikdən ibarətdir.

Buzlaşma dönəmində adanın üzəri qalın buzlaqlarla örtülü olmuşdur. Buzlaqların fəaliyyəti sayəsində adanın relyefi formalaşmışdır. Adanın dəniz səviyyəsindən orta hündürlüyü 15 meyrdir.

İqlimi

Adanın iqlimi əsasən yumşaq dəniz iqliminə malikdir. Kifayət qədər uzun yaya və yuşmaq qışa malikdir. Yağıntılar əsasən payız və qışda düşür. İllik yağıntının miqdarı 50 mm təşkil edir. Güçlü küləklər müşahidə edilir. İyul və avqust ayının temperaturu 16-20 °C, bəzən isə 25 °C. fevral ayının isə -4 °C təşkil edir.

Əhali

Ada əhalisinin sayı 34 978 nəfər (31.12.2007) təşkil edirdi. Bu isə ölkə əhalisinin 3 % deməkdir. Son zamanlar adada əhalinin azalması müşahidə edilir. 2010-vu il məlumatına görə adada 32 400 nəfər yaşayır. Sovet donəmindən əhalinin milli tərkibində demək olar ki dəyişiklik yoxdur. Ada əhalisinin 98% eston, 1,2 % rus, təxmini olaraq isə 0,2 % ukraynalı və finlər təşkil edir.

İnfrastruktur

Adada zəngin avtomobil şəbəkəsi quruulmuşdur. Dövlətə 3158 km yoldan 1088,4 kilokmetri mənsubdur. Bu yolların cəmi 516,3 km asfaltlaşdırılmışdır. Buradan hər gün Tallinnə avtobus maşrutları hərəkət edir. Roomassar şəhərində adada yeganə olan aeroport fəaliyyət göstərir.

Sirve mayakı

Arxeologiya

2008-ci ildə Salme kəndi yaxınlığında vikinqlərə aid olan gəmi qalıqları və 7 skeletlər aşkarlanmışdır. Analizlər göstərir ki, 650—700 illərə aiddir. İki ildən sonra kifayət qədər iri yelkənli gəmi aşkarlanır. «Salme-2» adı verilən gəminin uzunluğu 16 metr, 3 metr enə malikdir. Bu gəmidən 33 skelet aşkarlanır.

Ədəbiyyat

  • Zur Geschichte der Ritterschaften von Livland und Oesel. Herausgegeben von der Livländischen Ritterschaft und von der Oeselschen Ritterschaft. Ilmgau Verlag, Pfaffenhofen Ilm 1974. ISBN 3-7787-2011-2.
  • Peter W. von Buxhöwden: Beiträge zur Geschichte der Provinz Ösel. Götschel, Riga-Leipzig 1838, Hirschheydt, Hannover 1968 (Nachdr.). ISBN 3-7777-0935-2.
  • C. Marenbach: Baltische Länder. Michael Müller, Erlangen 1997. ISBN 3-89953-213-9.
  • N. Williams, D. Herrmann, C. Kemp: Estonia, Latvia & Lithuania. The best of the Baltics. Lonely Planet Publications, Melbourne 2003. ISBN 1-74059-132-1.
  • I. Aleksejev: Eesti tuletornid — Estonian Lighthouses. GT Projekt, Tallinn 2003.
  • Körber, M.: Oesel einst und jetzt. 3 Bde., 1887, 1899 und 1915. Nachdrucke 1974-75, Hirschheydt.
  • Körber, M.: Bausteine zu einer Geschichte Oesels. 1885. Nachdruck 1977, Hirschheydt.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saaremaa haqqında məlumat. Saaremaa nədir? Saaremaa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mensa

  • Fevral 27, 2026

    Amada

  • Fevral 27, 2026

    Polyneoptera

  • Fevral 27, 2026

    Kioto Universiteti

  • Fevral 27, 2026

    Bibiheybət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst