Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərsəng SES (tam adı: Sərsəng su-elektrik stansiyası) — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində Ağdərə rayonu ərazisində inşa edilmiş su-elektrik s

Sərsəng SES

  • Ana Səhifə
  • Vikipediya
  • Sərsəng SES

Sərsəng SES (tam adı: Sərsəng su-elektrik stansiyası) — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində Ağdərə rayonu ərazisində inşa edilmiş su-elektrik stansiyası.

Sərsəng SES
Sərsəng su-elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Çay Tərtərçay
Sahibi Azərenerji
Status Qəzalı
Tikilmə tarixi 1976
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 90 mln. kVt⋅s
Elektrik enerjisi gücü 50 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Torpaq
Bəndin hündürlüyü 125 m
Bəndin eni 550 m
Yerləşməsi
40°10′53″ şm. e. 46°37′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region
  • Qarabağ
Rayon
  • Tərtər
Yer Tərtər rayonu
Sərsəng SES xəritədə
Sərsəng SES
Sərsəng SES
Azərbaycan Ağdərə üçün xəritə mövcud deyil.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Texniki göstəriciləri

Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su-elektrik stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir.

Vəziyyəti

Sərsəng Azərbaycanda bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 7 rayonunun (Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ərazilərin işğalından (1993) sonra anbarın suyunun istifadəsinin mümkün olmaması nəticəsində kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur.

1993–2023-cü illərdə işğal dövründə 30 il ərzində anbara və onun qurğularına uzun müddətdir ki, yetərli kompleks texniki xidmət göstərilmədiyi üçün anbarın texniki təhlükəsizlik baxımından qənaətbəxş olmadığı ehtimal olunur. Sərsəng su anbarı işğal olunmuş ərazidə yerləşdiyindən onun bəndinin qəza və ya təxribat nəticəsində dağılması anbardan aşağıda yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır:

Tərtər rayonunun bir çox kəndləri (Çaylı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərlı, Sarıcalı, Ələsgərli, Bayandur, Buruc, İrəvanlı, Güləbatlı, Hacallı, Yenidaşkənd, Qapanlı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Muğanlı) tam olaraq, bir neçəsi isə (Şıxarx qəsəbəsi, Suqovuşan, Həsənqaya, Səhləbad, Körpüsındıran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli) qismən suyun altında qala bilər.

Həmçinin bax

  • Sərsəng su anbarı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərsəng SES haqqında məlumat. Sərsəng SES nədir? Sərsəng SES nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kolonnada

  • Mart 01, 2026

    Dairəvi məbəd

  • Fevral 27, 2026

    Hamamlı

  • Fevral 24, 2026

    İon

  • Fevral 27, 2026

    Zlatoust

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst