Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərdrud döyüşü — 21 aprel 1408-ci ildə Qara Yusifin rəhbərliyi altındakı Qaraqoyunlu ordusu ilə Sultan Miranşahın rəhbərliyi altındakı Teymuri ordusu arasında b

Sərdrud döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Sərdrud döyüşü

Sərdrud döyüşü — 21 aprel 1408-ci ildə Qara Yusifin rəhbərliyi altındakı Qaraqoyunlu ordusu ilə Sultan Miranşahın rəhbərliyi altındakı Teymuri ordusu arasında baş verən qanlı vuruşma. Qaraqoyunlular qələbə qazanaraq Teymuriləri Şərqi Anadolu, Azərbaycan və Qərbi İrandan qovdu. Bu qələbə ilə Teymurilər dövləti qərbə heç bir təsir edə bilmədi və Fətrət dövrünə girən Osmanlılar və Məmlük dövləti yenidən güclənməyə başladı.

Sərdrud döyüşü
Teymurilərin Azərbaycana yürüşləri
Qara Yusifin Qaraqoyunlu ordusu ilə Teymuri ordusunun qarşılaşması, Mirxond Rawzat al Tavarih (1408)
Qara Yusifin Qaraqoyunlu ordusu ilə Teymuri ordusunun qarşılaşması, Mirxond Rawzat al Tavarih (1408)
Tarix 21 aprel 1408
Yeri Təbriz şəhəri yaxınlığı, Sərdrud ovası
Səbəbi Qara Yusifin Azərbaycanı Teymurilərdən qurtarma çabaları
Nəticəsi

Mütləq Qaraqoyunlu qələbəsi
• Azərbaycan Qaraqoyunluların əlinə keçdi

• Teymurilər Şərqi Anadolu, Azərbaycan, Qərbi İrandan qovuldu
Münaqişə tərəfləri

Qaraqoyunlular

Teymuri İmperiyası

Komandan(lar)

Sağ cinah
Qara Yusif
Qara İsgəndər
Əmir İsfahan
Pirbudaq
Pir Hüseyin
Əmir Busat
Cəlaləddin ☪
Əmir pizək ☪
Sol cinah
Pir Ömər
Əmir Bistam
Döğər Musa
Əhməd Qaramanlı
Pir Mehmed

Sağ cinah
Miranşah ☪
Əbu Bəkir
Caveni Qurbani ☪
Əmir Nəsir ☪
Mirək Mincan ☪
Sol cinah
Əmir Doladay
Şir Bəy Təslim olmaq
İgu Teymur Təslim olmaq
Hacı Baba Gəvərudî

Tərəflərin qüvvəsi

20.000

70.000

İtkilər

yüngül

ağır

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Döyüşdən öncə

    1406-cı ildə Naxçıvan döyüşündəki məğlubiyyətinin intiqamını almaq üçün hazırlanan Əbu Bəkrin ordusu, Cevani Qurbani, Əmir Tahir, Əmir Novruz, Əbdürrəhman kimi əmirlərin 5 minlik ordusunun qatılması ilə daha da gücləndi. Əbu Bəkr Qara Yusiflə vuruşmaq üçün möhkəm hazırlıq görürdü. Bu səfər üçün Azərbaycan və ətrafındaki əmirlərin ona kömək etməsini istəyirdi.

    Sultan Miranşah və Saray Mülk

    Yeni qatılan ordu və əmirlər ilə Mirzə Əbu Bəkr istişarə qurultayı qurdu. Beləliklə, qurultayda Çağataylar Qara Yusif və türkmənlərin üzərinə yürüməyə qərar verildi. Qısa müddət sonra bu planı yerinə yetirmək üçün Təbrizdən yola çıxdılar

    Döyüşə hazırlıq

    Qara Yusif Mirzə Əbu Bəkrin bu planından xəbərdar oldu və mövcud mövqeyini qoruyaraq Mirzə Əbu Bəkri dəf etmək üçün hazırlıqlara başladı. 13 aprel 1408-ci ildə Sərdruda gəldi. Əsgərlərinə burda xəndəklər qazmağı əmr etdi. İki gün sonra, 15 apreldə Əmir Bistam, Ahi Fərəc, Əmir Məsum, Pir Hüseyin və qardaşı Pir Mehmed Qara Yusifə qatıldı. Qara Yusif məşvərət toplayaraq döyüşüb-döyüşməmək haqqında İraq və türkmən əmirləri ilə danışdı. Qara Yusif İraq əmirlərinə:

    Mən Türkmən qəbiləsindənəm, yaylağım Aladağ, qışlağım Diyarbəkir və Fərat sahilləridir. Səltənət işləri o qədər də məni maraqlandırmır. İndi Mirzə Əbu Bəkr ər meydanına gəlməkdədir. Onun sizin üstünüzdə haqqı var, onun tərəfinə keçsəniz sizə hörmət edərəm.

    dedi. İraq Əmirləri isə Qara Yusifə:

    Biz bu xanədanın düşmənlərini qətiyyətlə pərişan edəcəyik.

    dedi. Qara Yusif isə bu sözlərdən təsirlənərək döyüşə hazırlanmalarını əmr etdi.

    Döyüş

    Qara Yusif onu dəstəkləyən əmirlərə hədiyyələr verdi və daha da həvəsləndilər. Gələn əmirlər ilə Qara Yusifin ordusu 20.000 süvariyə çatdı. Teymuri ordusunda isə bundan iki dəfə çox, yəni 40.000 əsgər var idi. Tərəflər Sərdrud adlı yerdə üz üzə gəldi. Qara Yusif sağ qanadda idi. Nəhayət, döyüş başladı, Qaraqoyunlular sürətli həmlələr edərək ilk həmlədəcə Teymuri ordusunu pərən-pərən saldı. Vəziyyətin ağır olduğunu görən Mirzə Əbu Bəkr, Əmir Cəlaəddin dizəkə hücum etdi. Əmir Dizək saxta geri çəkilmə edərək Mirzə Əbu Bəkri döyüş meydanından uzaqlaşdırdı. Mirzə Əbu Bəkir, Əmir Dizək ilə Əmir Pizəki təqib etməyi buraxdı. O hətta Dizək ilə Pizəki öldürmüşdü. Ancaq geri dönəndə o dəhşətli mənzərə ilə qarşılaşdı. Döğər Musanın nökərlərindən birisi (əsgər) Miranşahı öldürmüş, Teymuri ordusu darmadağın edilmişdi. Mirzə Əbu Bəkr anladı ki, Qara Yusif ağıllıca bir taktika ilə onu tora salmışdı. Qara Yusif rəqibin mərkəzə hücum edəcəyini bilərək sağ qanada keçmiş, bundan sonra isə Əmir Bistam ilə sağ və sol cinahdan Teymuri ordusunu mühasirəyə almışdı. Teymurilərin əsas qüvvəsini təşkil edən Cəvani Qurbani və ordusu isə bu təzyiqə tab gətirməyərək dağılmış və ağır itkilər vermişdir. Qara Yusif bunu görərək ordunu ikiyə ayırmış, özü Çağatay mərkəzinə hücum etmiş, Hacı Baba bəyin gəvərudlarını darmadağın etmişdi. Əmir Bistam isə çağatayların arxasına keçərək onları sıxışdırmağa başladı. Bununla da Miranşahın əmrindəki arxa ordunun nizamı pozuldu, Miranşah isə öldürüldü. Əkbər Nəcəfə görə, Sərdrud döyüşündə sadəcə 3 saat içində Qaraqoyunlular böyük qələbə qazanmışdılar.

    Sərdrud döyüşünün önəmi

    Bu döyüşün tarixdə önəmli bir yeri vardır. Tarixci K.Erola görə, Sərdrud Şərq tarixinin ən önəmli döyüşlərindəndir. Sərdrud döyüşü ilə Teymurilərin qərb tərəfindəki fəthlərinin nəticəsi ortadan qalxır, Əmir Teymurun ölümündən 4 il sonra Qərbi irandan Teymurilər qovulurdular və Qaraqoyunlular üstünlük qururdular.
    Qara Yusif dövrü Qaraqoyunlular 1408–1420

    Qara Yusifin şücaəti

    Qaraqoyunlu hökmdarı Qara Yusif bu döyüşdə çox böyük qəhrəmanlıqlar göstərmişdi. Qara Yusif özü şəxsən Teymurilərin ordusuna hücum edərək manevrlər ilə onların nizamını pozurdu. Hətta Teymurilər belə ona heyran qalmışdı. Şahruxun saray tarixçisi Hafızi Əbru, Qara Yusifin cəsarətinə heyran qalaraq bunları demişdi:

    Qara Yusif adlı igid, İsfəndiyar kimi döyüş meydanına girdi,
    ata minən yeriyən dağ kimi,
    yüz əsgərin canını aldı

    Həmçinin bax

    • Şənbi-Qazan döyüşü

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərdrud döyüşü haqqında məlumat. Sərdrud döyüşü nədir? Sərdrud döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Abxaziya çarlığı

    • Fevral 27, 2026

      Materiklər

    • Fevral 27, 2026

      Arnold Şönberq

    • Fevral 23, 2026

      17 aprel

    • Fevral 28, 2026

      Qobustan (Qaradağ)

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst