Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. F

Səngi Muğan

  • Ana Səhifə
  • Vikipediya
  • Səngi Muğan

Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir.

Səngi Muğan adası
Ümumi məlumatlar
Sahəsi 0,5 km²
Uzunluğu 1,1 km
Eni 0,9 km
Hündür nöqtəsi 21,7 m
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
39°45′00″ şm. e. 49°35′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Arxipelaq
  • Bakı arxipelaqı
Akvatoriya
  • Xəzər dənizi
Səngi Muğan adası xəritədə
Səngi Muğan adası
Səngi Muğan adası
Səngi Muğan (Azərbaycan)
Səngi Muğan
Səngi Muğan

Tarixi

1666–1669-cu illərdə kazak quldur dəstələrinin Stepan Razinin başcılığı ilə Xəzər dənizinə yürüşü.1906-cı ildə çəkilmiş şəkil

Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni. Stepan Razin 1667–1669 illərdə Xəzər dənizinin cənub, cənub-qərb sahillərinə quldur basqınları təşkil etmişdir. Süleyman şah Səfəvi kazakların basqınlarını dəf etmək üçün Məmmədxan Astaralını 4-minlik ordu ilə onların üzərinə göndərir. Toqquşma 1669-cu ilin iyul ayında baş verir. Dəniz döyüşlərində səriştəli olan kazaklar xəzər üçün üstün olan kiçik, manevr qabiliyyəti güclü olan gəmiləri ilə, böyük, manevr qabiliyyəti və xəzərin dayaz suları üçün o qədər də uyğun olmayan Səfəvi qüvvələrinə qəfil zərbələr endirib, qarşılarına zəncir atıb onları dairəyə alıb batırırlar. Heyət üzvlərinin çoxu dənizdə batır, sağ qalanlar isə əsir düşür. Xan canını qurtarsa da, oğlu və qızı əsir düşür. Xan qızının ada yaxınlığında suda batırılması sonradan adaya Svinoy adının verilməsinə təsir göstərir. Kazakların adada 1–2 minlik qüvvəsi olması ehtimal edilir. Kazaklar burada uzun müddət qala bilmir su, ərzaq çatışmazlığı xəstəliklər və Azərbaycan(Səfəvi) qoşunlarının ikinci hücum dalğasınan qorxduqları üçün 1669-cu ilin avqust ayında geriyə, don çayına qayıtmağa məcbur edir. Ada həmçinin atəşpərəstliklədə əlaqələndirilir. Burada atəşpərəst məbədi olması ehtimalı var. Buxtada arxeoloji tədqiqatlara ehtiyac var. Yaxınlıqda olan İqnat daşı adası (qədim latın dilində od deməkdir: Od adası) buranın atəşpərəstliklə əlaqəsı ehtimalı yaradır. 2005 ildən adada müşahidə məntəqəsi fəaliyyət göstərir. Adada eyni adlı mayak da mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səngi Muğan haqqında məlumat. Səngi Muğan nədir? Səngi Muğan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məmunilər

  • Fevral 27, 2026

    İran–İraq müharibəsi

  • Fevral 27, 2026

    Qrup

  • Fevral 24, 2026

    Günəşin doğması

  • Fevral 27, 2026

    Tetis okeanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst