Səncər qəzası (ərəb. قضاء سنجار) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir.
| Səncər qəzası | |
|---|---|
| Şengal | |
| |
| 36°19′21″ şm. e. 41°51′51″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Səncər qəzası | |
Ərazisi
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir.
İnzibati-ərazi bölgüsü
İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار), Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان).
Əhalisi
10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi.
Etnik tərkibi
Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir. Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir. Yezidilər və ərəblər qəzanın hər üç nahiyyəsində, türkmanlar isə yalnız Səncər və Kayrəvən nahiyyələrində məskundurlar. Qəzadakı ən iri türkman yaşayış məntəqələri Meydanqulu (ərəbcə: ميدان قولي), Sibate, Sino və Telali (ərəbcə: تل علي) kəndləridir.
Danışılan dillər
Qəzada yaşayan əhali əsasən kürd dilində, qismən isə ərəb və azərbaycan dillərində danışır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səncər qəzası haqqında məlumat. Səncər qəzası nədir? Səncər qəzası nə deməkdir?

