Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود بن آدم سنایی غزنوی; təq. 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir.
| Sənai Qəznəvi | |
|---|---|
| Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi | |
| |
| Doğum tarixi | təq. 1080 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1131 (50–51 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | şair, filosof |
| Əsərlərinin dili | dəri dili |
Həyatı
Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı. Ölümü səbəbi ilə Mövlanə Cəlaləddin Rumi yazırdı:
Goft yeki Xacə Senai bimord. Merg-i çünan Xacə ne karist hord.
Birisi dedi ki: Xacə Senai öldü. Belə bir şəxsin ölməsi, elə asan, elə tez qavranası iş deyil. Saman çöpü deyildi ki, uçdu deyək. Su deyil ki, soyuqdan donsun..
Əsərləri
- Sənai Qəznəvi, "Hədiqət — ül — həqiqət".
Ədəbiyyat
- İbrahimov, Sənan. Dahi sufi şairi Sənai Qəznəvi / S. İbrahimov // Dövlət və Din ictimai fikir toplusu. — 2011. — № 1. — S. 142–158.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sənai Qəznəvi haqqında məlumat. Sənai Qəznəvi nədir? Sənai Qəznəvi nə deməkdir?
