Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı) — Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycan

Səmra Rəhimli

  • Ana Səhifə
  • Vikipediya
  • Səmra Rəhimli

Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı) — Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır.

Səmra Rəhimli
Səmra Rəhimli 2016-cı ildə
Səmra Rəhimli 2016-cı ildə
Ümumi məlumatlar
Ləqəbi Səmra
Doğum tarixi 20 oktyabr 1994(1994-10-20) (31 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2008-ci ildən
Janr pop musiqisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır.

Fəaliyyəti

"O Səs Türkiyə"

Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8" televiziyasında yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O, ilk mərhələdə - "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə dönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır. Növbəti mərhələdə – "Bire Bir" mərhələsində Səmra Rəhimli Zeynep Topkaya ilə birgə "Sweet Dreams" mahnısı ifa etmişdir. Hadisə Səmra ilə Zeynep arasında seçim edərək bu dəfə Zeynep Topkayanı komandasında saxlamışdır. Amma buna baxmayaraq Səmra xanım layihədə yoluna davam etmişdir. Səmra xanımı Gökhan Özoğuz öz komandasına transfer etmişdir. Növbəti mərhələdə – "Çapraz Eşlemeler" mərhələsində Səmra Rəhimli Hadisənin komandasından Zeo Jaweed ilə yarışmışdır. "Eweryway That I Can" mahnısını ifa edən Səmra xanım səs vermənin yekununda Zeo Jaweeda məğlub olmuşdur və layihəni tərk etmişdir.

"Səs Azərbaycan"

Səmra Rəhimli 2015-ci ildə Azərbaycanın "AzTV " televiziyasında yayımlanan "Səs Azərbaycan" layihəsində iştirak etmişdir. O, ilk mərhələdə "Wrecking Ball" mahnısını ifa etmişdir və bütün 4 münsif Səmra xanım tərəfə dönmüşdür. Səmra xanım isə Manana Caparidzenin komandasında yarışmağı seçmişdir.

Daha sonra növbəti mərhələdə Səmra Rəhimli Səid İsmayılzadə ilə birgə "Sən necə də gözəlsən" mahnısını ifa etmişdir. Manana Caparidze isə Səmra ilə Səid arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.

Növbəti mərhələdə Səmra Rəhimli canlı efirdə "Show must go on" mahnısını ifa etmişdir və növbəti mərhələyə keçmişdir. Daha sonra 1/8 final mərhələsində Səmra xanım "Perfect" mahnısını ifa etmişdir və layihədə yoluna davam etmişdir. İnamla layihədə yoluna davam edən Səmra xanım 1/4 final mərhələsində Günel Əlizadə və İbrahim İbrahimlinin bəstəsi olan "Sev" mahnısını ifa etmiş və yarımfinal mərhələsinə keçmişdir.

Yarımfinal mərhələsində Səmra Rəhimli Manana Caparidzenin komandasından olan digər iştirakçı Elvin Novruzov ilə yarışmışdır. Səmra xanım "When Life Takes Over" mahnısını ifa etmişdir. SMS səsverməsində isə Səmra xanım Elvin Novruzovu 74.5-25.5 faiz dərəcəsilə məğlub etmiş və "Səs Azərbaycan" layihəsində finala keçmişdir.

2016-cı il 5 mart tarixində keçirilən finalda Səmra Rəhimli ona 1/4 final mərhələsində uğur qazandıran "Sev" və "Sweet Dreams" mahnısını yenidən ifa etmişdir. "Səs Azərbaycan" layihəsinin qaydalarına əsasən SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihə ilə vidalaşacaqdı. Layihə ilə ilk vidalaşan isə Səmra Rəhimli olmuşdur və o "Səs Azərbaycan" layihəsində 4-cü yeri tutmuşdur. Sonda Səmra Rəhimli "Say Something" mahnısını ifa etmişdir. Layihənin qalibi isə Emiliya Yaqubova olmuşdur.

Avroviziya Mahnı Müsabiqəsi

Səmra Rəhimli 2012-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. Amma 18 yaşlı Səmra xanımın gənc və təcrübəsiz olması, onun Milli Seçimlərin elə ilk mərhələsində məğlub olması ilə nəticələnmişdir.

2016-cı ilin 10 mart tarixində İctimai Televiziyanın Avroviziya Mahnı Müsabiqəsi üzrə münsiflər heyətinin iclasında Səmra Rəhimlinin "Miracle" mahnısı ilə Azərbaycanı 61-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınmışdır. Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Səmra 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 185 xalla 6-cı yerdə qərarlaşaraq finala vəsiqə qazana bilmişdir. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Səmra 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 117 xal toplayaraq 17-ci yerdə qərarlaşmışdır.

Mahnıları

İl Mahnı
2015 "O sevir"
2016 "Miracle"
2017 "Badminton"
2017 "Tərs gedir"

Klipləri

Say Klip Tarix
01 O Sevir 2015
02 Miracle 2016
03 Miracle (Acoustic Version) 2016
04 Badminton 2017
05 Tərs Gedir 2017
06 Hypnotized 2018
07 Пиджак 2018
08 Armas 2019
09 Biri Yox, Biri Var 2021
10 Göz 2021
11 AZN 2021
12 Bandam 2022
13 Alo 2023

Həmçinin bax

Əvvəlki:
Elnur Hüseynov
"Hour Of The Wolf"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2016
Sonrakı:
Diana Hacıyeva
"Skeletons"

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səmra Rəhimli haqqında məlumat. Səmra Rəhimli nədir? Səmra Rəhimli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Alagöz dağı

  • Fevral 28, 2026

    Xarici qulaq

  • Mart 01, 2026

    Timsah Arena

  • Fevral 27, 2026

    Ərzincan

  • Fevral 27, 2026

    Aud nəvvabı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst