Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səkinə Qulu qızı İsmayılova (24 fevral 1956, Bakı) — müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordenli (2016).

Səkinə İsmayılova

  • Ana Səhifə
  • Vikipediya
  • Səkinə İsmayılova

Səkinə Qulu qızı İsmayılova (24 fevral 1956, Bakı) — müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordenli (2016).

Səkinə İsmayılova
Ümumi məlumatlar
Doğum tarixi 24 fevral 1956(1956-02-24) (70 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, muğam ifaçısı
Fəaliyyət illəri 1974–indiyə kimi
Musiqi aləti qaval
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
"Şöhrət" ordeni — 20162016"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20232023
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1989), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.

Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir.

Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.

Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır. Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar. Prezident mükafatçısıdır. 24 fevral 2016-cı ildə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Filmoqrafiya

  • Qəzəlxan (film, 1991)
  • Hacı Arif (film, 1995)
  • Nəriman Əliyev (film, 2005)
  • Biz qayıdacağıq (film, 2007)
  • Muğam (veriliş, 2007)
  • Xalq təranələri (film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səkinə İsmayılova haqqında məlumat. Səkinə İsmayılova nədir? Səkinə İsmayılova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quruş

  • Fevral 26, 2026

    Albanlar

  • Fevral 27, 2026

    Sırxavənd

  • Fevral 27, 2026

    Qəfəs (Osmanlı)

  • Fevral 24, 2026

    Riçmond

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst