Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfa Abbas oğlu Mirzəyev (12 may 1952, Bakı – 22 iyul 2024, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbay

Səfa Mirzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Səfa Mirzəyev

Səfa Abbas oğlu Mirzəyev (12 may 1952, Bakı – 22 iyul 2024, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri (1997–2022), 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006).

Səfa Mirzəyev
Səfa Mirzəyev Polşa Senatında, 2007-ci il
Səfa Mirzəyev Polşa Senatında, 2007-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1952(1952-05-12)
Doğum yeri
  • Bakı, Bakı vilayəti, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 iyul 2024(2024-07-22) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq elmləri üzrə fəlsəfə doktoru

Təltifləri "Şöhrət" ordeni — 20112011 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20222022
"Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı — 20062006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.

1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 22 iyun 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı, 11 may 2012-ci ildə "Şöhrət" ordeni, 11 may 2022-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Səfa Mirzəyev 22 iyul 2024-cü ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Kitabları

  • Mirzəyev S. A. Qanunçuluq və hüquq qaydaları. Bakı, 1980.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səfa mirzəyev sözünün mənası, səfa mirzəyev haqqında məlumat. səfa mirzəyev nədir? səfa mirzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Osmanlı sülaləsi

  • Fevral 27, 2026

    Qaranlıq enerji

  • Fevral 26, 2026

    Komi dili

  • Mart 02, 2026

    Qoşqar Əhmədov

  • Fevral 27, 2026

    Faiq Qarayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst