Səfərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Səfərli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
| Səfərli | |
|---|---|
| 40°04′07″ şm. e. 47°05′55″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Bələdiyyə | Üçoğlan-Alıbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0234 |
| Nəqliyyat kodu | 02 |
![]() Səfərli | |
Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə, Üçoğlan kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış qəsəbələrdən birinin Səfərli qəsəbəsi adlandırılması, Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı. Həmin Qanunla, Səfərli qəsəbəsinin Üçoğlan kənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Səfərli qəsəbə inzibati ərazi dairəsinun yaradılması qərara alınmışdı.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Yol
7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səfərli (ağdam) sözünün mənası, səfərli (ağdam) haqqında məlumat. səfərli (ağdam) nədir? səfərli (ağdam) nə deməkdir?
