Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general

Səfər Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Səfər Mehdiyev

Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general-polkovniki (2020), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.

Səfər Mehdiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
23 aprel 2018 – 16 iyul 2022
Prezidentİlham Əliyev
ƏvvəlkiAydın Əliyev
SonrakıŞahin Bağırov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
6 fevral 2006 – 23 aprel 2018
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1973(1973-03-17) (52 yaş)
Doğum yeri
  • Nehrəm, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Rütbəsi
Gömrük xidməti general-polkovniki

Təltifləri "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı — 20172017
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20142014 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20122012 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20102010 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 20082008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səfər Mehdiyev 17 mart 1973-cü ildə Naxçıvan MSSR-in Naxçıvan rayonunun (indiki Babək rayonu) Nehrəm kəndində anadan olmuşdur.

Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur.

1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.

2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

23 aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.

30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

16 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən azad edilib.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Mükafatları

  • "Əməkdar dövlət qulluqçusu" fəxri adı (2017)
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səfər Mehdiyev haqqında məlumat. Səfər Mehdiyev nədir? Səfər Mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Jan Talon

  • Fevral 27, 2026

    Almaqulağı döyüşü

  • Fevral 27, 2026

    Ruhlar aləmi

  • Fevral 27, 2026

    Almalıdağ

  • Fevral 26, 2026

    Qazax

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst