Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycan

Sınıq körpü

  • Ana Səhifə
  • Vikipediya
  • Sınıq körpü

Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir.

Sınıq körpü
წითელი ხიდი
Ölkə  Azərbaycan
 Gürcüstan
Şəhər Qazax
Yerləşir Azərbaycan-Gürcüstan sərhəddi
Tikilmə tarixi XII əsr
Uzunluğu
  • 175 m
Vəziyyəti fəaliyyət göstərmir
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.7
Kateqoriyakörpü
ƏhəmiyyətiDünya əhəmiyyətli
41°19′45″ şm. e. 45°04′23″ ş. u.HGYO
Xəritə
Sınıq körpü (Azərbaycan)
Nöqtə
Sınıq körpü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m.

Mündəricat

Tarixi

Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür. Əski karvan yolunda Xramçayın üstündən atılmış bu möhtəşəm abidə el arasında "Sınıq körpü" adıyla da tanınmış və XII yüzilin abidəsi kimi geniş tədqiq edilmişdir.

Sahil bölümlərinin içərisində iri karvansaraların olması körpünün karvan marşrutunda böyük əhəmiyyət daşıdığını və onun həm də öz ətrafında mühüm ticarət qovşaqlarından birini təşkil etdiyini göstərir. Ümumiyyətlə körpü – karvansara birliyi Azərbaycan və qonşu İslam ölkələrinin uğurlu tikinti gələnəklərindən biri olmuşdur. Bütün göstəricilərinə – məkan quruluşu, tikinti texnikası, bədii memarlıq üslubu və s. görə Qırmızı körpü Azərbaycan memarlığının ən qiymətli abidələrindəndir.

Memarlıq xüsusiyyətləri

Qırmızı körpü uzun olsa da (uzunluğu 175 m-ə yaxın) cəmi dörd aşırımlıdır (aşırımların ölçüsü ardıcıl olaraq 8,2 m; 16,1 m; 8 m; 26,1 m) Belə aşırım azlığının bir səbəbi körpünün sahil bölümlərinin içərisində geniş yerləşgələrin (sol sahildə 166 kv. m. sağ saildə 116 kv. m.) qurulması, o biri səbəbi isə tağ aşırımlarından ikisinin xeyli böyüklüyüdür. Ikinci səbəb görünür, çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın körpütikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi.

Qırmızı körpünün böyük aşırımı (26,1 m) Azərbaycan inşaat texnikası içərisində ən iri tağ aşırımlarından biridir. Bu da Qazaxdakı bu tarixi memarlıq abidəsini nadir mühəndis qurğuları sırasına salmağa imkan vermişdir. Başdan-başa bişmiş kərpiclə üzənmiş və buna görə də "Qırmızı körpü" adlandırılan abidə, iri və saya biçimlərlə işlənmişdir. Qazax körpüsü şəhər memarlığına xas incə üslubu olan Gəncə körpülərindən miqyas iriliyi və tutum monumentallığı ilə seçilir.

Qırmızı körpünün yüksək mühəndis həlli özünü sivri tağbənd aşırımlarının bişmiş kərpicdən tağparasız qurulmasında, içərisində üç uzununa dəhlizlər sisteminin hesabına onun tağlarüstü kütləsinin yüngülləşdirilməsində, bütövlükdə su səthi üzərində hörgü işlərinin texniki baxımdan çox səmərəli təşkilində və s. göstərir. Sahildə körpünün eno 12, 4 m olduğu halda, keçid hissəsində 4,3 m-dir.

Mədəniyyətdə

2008-ci ildə birinci gürcü-azəri birgə "Qırmızı Körpü" şerlər məcmuəsi çıxıb. O, "Şüar" Azərbaycan Mədəniyyət Xadimləri İttifaqı tərəfindən planlaşdırılan "Ədəbiyyat Körpüləri" seriyasına daxildir.

Həmçinin bax

  • Azərbaycan memarlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sınıq körpü haqqında məlumat. Sınıq körpü nədir? Sınıq körpü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sosioiqtisadiyyat

  • Fevral 27, 2026

    E.ə. 12

  • Fevral 27, 2026

    Zərdab rayonu

  • Mart 01, 2026

    Manvel Qriqoryan

  • Fevral 27, 2026

    Məhəmməd Şah

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst